Yaşıl işıqda piyada keçidini bu cür keçənlər cərimə oluna bilər - VİDEO

Qaydalar 13 Aprel 2023 12:18 Oxunub 2892
Yaşıl işıqda piyada keçidini bu cür keçənlər cərimə oluna bilər   - VİDEO
WhatsApp kanalımıza abunə ola bilərsiniz

Bakıda yol hərəkəti qaydasını pozan piyadalar kameraya düşüb.

Avtosfer.az xəbər verir ki, hadisə Sabunçu rayonu Zabrat yolunda baş verib. Belə ki, piyadalar yolu digər istiqamətə keçən zaman operativ nəqliyyat vasitələrinin yolun kəsiblər.

Yolda hərəkət edən əksər piyadalar qanunvericiliyin tələbini bilmirlər. Piyadalar elə düşünürlər ki, yolu keçən zaman keçiddən istədikləri formada istifadə edə bilərlər. Lakin piyadaların keçiddən istifadə etmsi ilə bağlı yol hərəkəti qaydalarında başqa hallar da nəzərdə tutulub.

"Yol hərəkəti haqqında" qanunun 40-cı maddəsində qeyd olunub ki, qırmızı və ya göy sayrışan işıq və xüsusi səs siqnalı qoşulmuş nəqliyyat vasitəsi yaxınlaşdıqda, piyadalar yolun hərəkət hissəsini keçməməlidir. Hərəkət hissəsində olanlar isə bu nəqliyyat vasitələrinə yol verməli və hərəkət hissəsini dərhal boşaltmalıdırlar.

Qeyd edək ki, Bu maddənin tələbinin pozulmasına görə, İnzibati Xətalar Məcəlləsinin 338.1.3-cü maddəsi ilə iyirmi manat məbləğində cərimə nəzərdə tutulub.

Nurlan Sakitoğlu

ŞƏRH YAZ
Ad

E-mail

Şərh