Yenidən yol hərəkəti qaydalarını pozmaqla gündəmə gəldi - VİDEO

Çeçenistan rəhbəri Ramzan Kadırovun oğlu, respublikanın Təhlükəsizlik Şurasının 18 yaşlı katibi Adam Kadırov yenidən yol hərəkəti qaydalarını pozmaqla gündəmə gəlib.
Avtosfer.az xəbər verir ki, o, “Instagram” sosial şəbəkəsindəki hesabında avtomobil idarə etməsi ilə bağlı video paylaşıb.
Kadrlarda onun yol hərəkəti qaydalarının eyni zamanda bir neçə maddəsinin tələblərini pozduğu görünür. Belə ki, videoda onun qoşa xəttin tələblərini pozaraq qarşı zolağa çıxdığı, sürət həddi 50 km/saat olan yolda avtomobili 112 km/saat sürətlə idarə etdiyi, təhlükəsizlik kəmərini taxmadığı və sükan arxasında telefondan istifadə etdiyi diqqət çəkir. Onun yanında isə MMA döyüşçüsü Turpal-Əli Edilovun əyləşdiyini görmək mümkündür.
Rusiya mətbuatı yazır ki, yol hərəkəti qaydalarının müvafiq maddələrinin pozulmasına görə sürücülük hüququndan məhrumetmə cəzası nəzərdə tutulub.
Həmin görüntülər sosial şəbəkələrdə böyük səs-küyə səbəb olsa da, hələlik məsələ ilə bağlı heç bir rəsmi açıqlama verilməyib.
Xatırladaq ki, bu, Adam Kadırovun yol hərəkəti qaydalarını pozması ilə bağlı ilk hadisə deyil. Bu ilin yanvarında onun olduğu kortej Qroznıda ağır qəza törətmişdi. Hadisə nəticəsində yaralanan Adam Kadırov ağır vəziyyətdə xəstəxanaya yerləşdirilmiş və Moskvaya təxliyə edilmişdi. Sosial şəbəkələrdə yayılmış görüntülərdən A.Kadırovun kortejinin yüksək sürətlə hərəkət etdiyi məlum olmuşdu. Hadisə nəticəsində 1 nəfər həlak olub, azı 20 nəfər xəsarət alıb.
Qoşa xətti heçə sayıb iradı cavabsız qoymayan sürücü CƏZALANDIRILDI - VİDEO
Avtobusun arxasından qəfil çıxan sürücü az qala qəzaya səbəb olacaqdı - VİDEO
Sürücü maşını ilə iki parklanma yerini tutdu – 10-YF-727 - FOTO
“Prius” sürücüsü əvvəl motosikleti sıxışdırdı, ardınca maşınları təhlükəyə atdı - VİDEO
Bu küçədə geniş səki sürücülərin daimi “dayanacağına” çevrilib - VİDEO
İkiqat qayda pozan sürücü yolda hamıya qəza şəraiti yaratdı - VİDEO
Gah sola, gah sağa keçən “Tesla” sürücüsü yol boyu təhlükə saçdı - VİDEO
Bakıda avtobus sürücüsündən təhlükəli manevr: Səbəb nə olub? - VİDEO
Necə gəldi əks yola çıxan təlim maşını az qala qəza törədəcəkdi - VİDEO
Avtomobilin nömrəsini lentlə gizlədən sürücü saxlanıldı
Sabunçuda "hoqqa verən" sürücü öz videosunu yaydı; polis yaxaladı - VİDEO











