Yol hər zaman qatarındır! – Dəmir yollarında baş verən qəzaların STATİSTİKASI
Qaydalar
6 İyun 2024 17:45
Oxunub 364
Dəmir Yolu Keçidləri ilə bağlı Beynəlxalq Maarifləndirmə günündə bir daha bildiririk ki, bu keçidlərdə hərəkət üstünlüyü hər zaman qatardadır.
Avtosfer.az xəbər verir ki, xoşagəlməz halların qarşısını almaq üçün dəmir yolu keçidlərindən istifadə edən sürücü və piyadalar hər zaman müvafiq nişanların tələblərinə əməl etməli, keçidin qatardan tam boş olduğuna əmin olduqdan sonra hərəkəti davam etdirməlidirlər.
2024-cü ilin beş ayında ADY-yə məxsus keçidlərdə 12 toqquşma hadisəsi baş verib. Nəticədə 3 nəfər xəsarət alıb, 1 nəfər həyatını itirib.
Dəmir yolu keçidlərindən istifadə edərkən ehtiyatlı olun, çünki burada təkcə yollar yox, həm də həyatlar kəsişir. Unutmayın, yol hər zaman qatarındır.
ŞƏRH YAZ
DİGƏR XƏBƏRLƏR