Yol hərəkəti qaydalarının əlifbasını bilməyən sürücü - VİDEO

Bakıda manevr qaydasını pozan sürücü təhlükə yaradıb. Avtosfer.az xəbər verir ki, hadisə noyabrın 21-də, paytaxtın Bayıl qəsəbəsi, Qurban Abbasov küçəsində baş verib.
Belə ki, 99-XF-333 qeydiyyat nişanlı "BMW" markalı avtomobilin sürücüsü parklanma yerindən çıxan zaman arxadan gələn avtomobilə yol verməyib. Görüntünü qeydə alan sürücü qəzanın baş verəcəyini görən anda sürəti azaldaraq təhlükədən yan keçə bilib.
Qeyd edək ki, sürücülərin vəzifələri ilə bağlı müddəanın ilk cümlələrində manevrin necə və hansı formada yerinə yetirilməsi aydın şəkildə qeyd edilib. Lakin təəssüflə qeyd etmək istərdik ki, qanunun əlifbası sayılan manevr qaydalarına əksər sürücülər əməl etmirlər. Bu qaydaya dırnaqarası baxan sürücülər anlamalıdırlar ki, manevr qaydasının pozulmasına görə, dəfələrlə ölümlə və ağır xəsarətlə nəticələnən yol nəqliyyat hadisələri baş verib. Belə hadisələrin baş verməməsi üçün hər bir sürücü manevr qaydasına ciddi şəkildə əməl etməlidirlər.
Fərid
Sürət həddini 200-ə çatdıran sürücü saxlanıldı - Avtomobil duracağa yerləşdirildi – FOTO - VİDEO
Sol zolaqda dayanan sürücü həm yolu kəsdi, həm də sərnişini riskə atdı - VİDEO
Bakıda 50 nömrəli marşrut avtobuslarının son dayanacağı yenidən müəyyən olunacaq? - VİDEO
Qaydaları pozdu, sonra da polisə tabe olmadı
Maşının qarşısına qəfil çıxan yeniyetmə qəzanın bir addımlığından döndü - VİDEO
Ötmə qaydasından xəbəri olmayan sürücü manevr edib təhlükə yaratdı - VİDEO
Tıxacda dayanan qadın sürücü səkidə gəzən piyadaya görə cərimələndi - FOTO
Masazırda bir-biriylə yarışan moped sürücüləri yol boyu qəza şəraiti yaratdı - VİDEO
Bakıda hərəkətin intensiv olduğu yolu TIR-lar zəbt edib - VİDEO
Maşınına və nömrəsinə güvənən bu sürücü qanunu saymadı - 90-AZ-462 - VİDEO
Maşını həm girişin qarşısında, həm də səkidə park edərək hərəkətə çətinlik yaratdı - VİDEO










