Yol hərəkətində təhlükəsizlik: Ani diqqətsizlik ağır qəzalara səbəb ola bilər - VİDEO

Yol hərəkəti hər birimizin gündəlik həyatının ayrılmaz hissəsidir. Lakin unutmayaq ki, bir anlıq diqqətsizlik ciddi fəsadlara səbəb ola bilər. Yol hərəkəti təhlükəsizliyinə riayət etmək həm özümüzün, həm də sevdiklərimizin həyatını qorumağın əsas şərtidir.
Mövzu ilə bağlı BDYPİ-nin şöbə rəisi Rövşən Tağıyev bildirib ki, hər bir piyadanın və sürücünün yol hərəkəti qaydalarına əməl etməsi vacibdir:
“Təhlükəsizlik bizim seçimimizdir. Piyada keçidlərindən istifadə etməklə, qaydalara riayət etməklə özümüzü və ətrafımızdakıları qoruya bilərik. Unutmayaq ki, təhlükəsiz yol, sağlam gələcək deməkdir.”
Statistik göstəricilər də göstərir ki, piyadaların yol hərəkəti qaydalarına əməl etməməsi nəticəsində baş verən yol-nəqliyyat hadisələrinin sayı az deyil. Mütəxəssislər piyadalara xüsusilə gecə saatlarında və az görünən yerlərdə daha ehtiyatlı olmağı, sürücülərə isə yolayrıcında və piyada keçidlərində diqqətli davranmağı tövsiyə edirlər.
Hər birimiz qaydalara əməl edərək daha təhlükəsiz yol mühiti yarada bilərik. Qanunlara riayət etmək yalnız hüquqi məsuliyyət deyil, həm də sosial məsuliyyətdir.
Səfər
Motosikleti az qala vuran sürücü cavabıyla özünü gülməli vəziyyətə saldı - VİDEO
Zolağa necə gəldi girən sürücü qəza şəraiti yaratdı - VİDEO
Prospektdə sürücü motosikleti gözardı edib sıxışdırdı - 99-KO-880 - VİDEO
Yük avtomobilinin sürücüsü əks yola çıxıb maşınların üzərinə sürdü - VİDEO
Abşeronda vəsiqəsi olmadan "ruçnoy" çəkən "avtoş" gənc həbs edildi - VİDEO
Sərxoş vəziyyətdə avtomobil idarə edib sürət həddini aşdı – Saxlanıldı - FOTO
İş başında sükanı buraxıb oyun oynayırdı - İşdən çıxarıldı - VİDEO
Yolayrıcında qəza təhlükəsi yaradan sürücü CƏRİMƏLƏNDİ - VİDEO
Bu küçədə ikinci zolaq daimi parkinqə çevrilib - Sürücülər NARAZIDIR - VİDEO
Piyada yerüstü keçidi qoyub yolun ortasında özünü təhlükəyə atdı - VİDEO
Gəncədə qaydaları vecinə almayan sürücü əks yolda “şou” göstərdi - HƏBSƏ DÜŞDÜ - VİDEO











