Yol istəyən sürücülərə görə maşının arxasına "göz çıxaran" işıqlar quraşdırdı - VİDEO

Avtomobilin konstruksiyasına qanunsuz müdaxilə edən sürücü özünü sosial şəbəkədə ifşa edib. Avtosfer.az xəbər verir ki, 77-FQ-528 qeydiyyat nişanlı "Ford" markalı avtomobilin sürücüsü geriyə hərəkət işıqlarını dəyişərək normativ tələbləri pozan işıqlar quraşdırıb. Qeydə alınmış videodan da aydın şəkildə görünür ki, geriyə hərəkət işıqları ətrafı ön faralar səviyyəsində işıqlandırıb. Bu isə qanunvericiliyə ziddir. Çünki geriyə hərəkət işıqları qoşulu olan zaman arxadan gələn sürücülərin gözlərini qamaşdıra bilər.
Geriyə hərəkət işıqları yalnız müəyyən səviyyədə işıqlandırma təmin etməlidir və onların əsas funksiyası arxadan gələn nəqliyyat vasitələrinə avtomobilin geriyə hərəkət etdiyini bildirməkdir.
Sürücü bu işıq cihazlarını arxadan gəlib yol istəyən sürücülərə görə quraşdırdığını bildirib.
Fərid
"AA" seriyalı avtomobil yol hərəkəti qaydalarını kobud şəkildə pozdu - FOTO
Sol zolaqda dayanan sürücü həm yolu kəsdi, həm də sərnişini riskə atdı - VİDEO
Bakıda 50 nömrəli marşrut avtobuslarının son dayanacağı yenidən müəyyən olunacaq? - VİDEO
Qaydaları pozdu, sonra da polisə tabe olmadı
Maşının qarşısına qəfil çıxan yeniyetmə qəzanın bir addımlığından döndü - VİDEO
Ötmə qaydasından xəbəri olmayan sürücü manevr edib təhlükə yaratdı - VİDEO
Tıxacda dayanan qadın sürücü səkidə gəzən piyadaya görə cərimələndi - FOTO
Masazırda bir-biriylə yarışan moped sürücüləri yol boyu qəza şəraiti yaratdı - VİDEO
Bakıda hərəkətin intensiv olduğu yolu TIR-lar zəbt edib - VİDEO
Maşınına və nömrəsinə güvənən bu sürücü qanunu saymadı - 90-AZ-462 - VİDEO
Maşını həm girişin qarşısında, həm də səkidə park edərək hərəkətə çətinlik yaratdı - VİDEO










