Yol kəsərək qazanılan çörəkpulu - "Axı polis bütün sutkanı orada dayana bilməz"

Kiminsə yolunu kəsib çörək pulu qazanmaq artıq bəzilərinin canına, qanına hopub. Dayanma, durma, parklama qaydalarını pozan, avtobus dayanacaqlarını zəbt edən taksi fəaliyyəti ilə məşğul olan şəxslərdən soruşanda, deyir ki, çörək pulu qazanıram. Bu, aydın məsələdir. Amma çörək pulu qazanmaq üçün başqalarının yolunu kəsmək olmaz. Avtobus duracaqlarını zəbt edib pul qazanmaq həm qanunun tələbinin pozulmasıdır, həm də dinimizə, əxlaqımıza, mənəviyyatımıza uyğun deyil. Avtosfer.az xəbər verir ki, bu barədə milli.az-a açıqlamasında Bakı şəhər Dövlət Yol Polisi İdarəsinin bölmə rəisi, polis polkovniki Vaqif Əsədov deyib. Onun sözlərinə görə, Bakı şəhəri üzrə dislokasiya edilən yol polisi inspektorları mütəmadi olaraq xidmətlərini davam etdirirərək qanunsuz dayanma, durma və parklanma ilə bağlı mübarizə aparırlar. Dayanma, durma və parklanma tələblərinin pozulması ilə bağlı əgər avtomobilin sürücüsü yanındadırsa, inzibati protokol tərtib olunaraq cərimə olunur, eyni zamanda avtopatrul avtomobillərinə quraşdırılmış bort-kompüterlər vasitəsilə fotomateriallar hazırlanır, həmçinin girib daşınması mümkün olan yerlərdən avtomobillər evakuasiya edilir.
Bölmə rəisi qeyd edib ki, bu sahədə daha səmərəli mübarizə aparmaq, bu kimi halların qarşısını almaq məqsədilə artıq ali məktəb tələbələri və jurnaslitlərlə birgə də tədbirlər keçirilir: "Son həftə ərzində jurnalist, tələbə komandası ilə birgə Bakıda metronun "Koroğlu", "İnşaatçılar", "Azadlıq prospekti", "Neftçilər", "Qara Qarayev" stansiyalarının yaxınlığında, eləcə də 20-ci Sahə dairəsi, Bayıl qəsəbəsi, Biləcəri enişində və bir çox avtobus dayanacaqlarında reydlər keçirilib. Reydlər zamanı avtobus duracaqlarını qeyri-qanuni zəbt edən hüquqi və fiziki şəxslərə məxsus 40-dan artıq avtomobil evakuasiya edilib. Eyni zamanda, taksi fəaliyyəti ilə məşğul olan 100-ə yaxın sürücü inzibati qaydada məsuliyyətə cəlb edilib. Hətta onlardan 18 sürücü barəsində eyni xətanı bir həftə ərzində müxtəlif vaxtlarda törətdiyi üçün artıq 4-cü dəfə protokol tərtib edilib. Bu adamlar üçün heç bir cəzanın təsiri yoxdur. Harada avtobus dayanacaqlarında, yaxud dayanma, durmanı qadağan edən nişanların təsir zonasında nə qədər ki yol polisi nəfəri xidmət aparırsa, orada hər şey qaydasında olur. Amma təəssüf ki, polis əməkdaşı oradan uzaqlaşan kimi, yenə də xoşagəlməz mənzərə yaranır. Axı polis elə bütün sutkanı orada dayana bilməz".
Bölmə rəisi çıxış yolu kimi cərimələrin artırılmasının yox, maarifləndirmənin tərəfdarıdır: "Cərimələrin artırılmasının əleyhinəyəm. Hesab edirəm ki, bunun qarşısını almaq üçün yetərincə təbliğat aparılmalıdır. Amma mental xüsusiyyətlərimizi də nəzərə alaraq, sürücüdən soruşulmamalıdır ki, "burada niyə dayanıbsan?". Çünki çoxları "adam gözləyirəm", "adam düşürürəm", "xəstə gətirmişəm", "çörək alıram", "dərman alıram" və s. kimi ifadələr gətirirlər. Amma bu ifadələr onları məsuliyyətdən azad etmir. Təbii ki, bunların çoxu da yalan və bəhanədir. Hesab edirəm ki, heç bir sorğu-sual aparmadan belə sürücülərin məsuliyyətə cəlb edilməsi prosesi davam etdirilməlidir və edilir. Amma bunula yanaşı, insanların şüuruna təsir edə biləcək dərəcədə təbliğat və izahat işləri də aparılmalıdır. Çünki bir çoxları, sanki, "elə belə də olmalıdır" düşüncəsi ilə yanaşır ki, bu da çox səhvdir. Lakin əgər düzgün təbliğat aparıb insanların şüuruna təsir edə bilsək, məncə, məsələ həllini tapar".
V.Əsədov qeyd edib ki, polis sürücülərin çörək pulu qazanmağına mane olmur və belə bir fikri də yoxdur. Sadəcə, sürücülər bunu qanun çərçivəsində etməlidirlər: "Pulu başqasının haqqına girməklə qazanmağa çalışmayın. Avtobus dayanacağını tutmaq, yalandan qəza duracaq işıqlarını yandırmaqla yolların hərəkət hissəsində durmaq, ikinci cərgəni zəbt etmək, müxtəlif bəhanələrlə məsuliyyətdən yayınmağa çalışmaq artıq bugünkü zamanın tələbi deyil. Heç kim öz şəxsi mənafeyini ictimai mənafedən üstün tutmamalıdır".
Sol zolaqdakı maşını sıxışdırıb qəza şəraiti yaratdı - 77-VF-202 - VİDEO
Sürücü keçidi keçən qadına yol verməyib təhlükə yaratdı - VİDEO
Avtobusda təhlükəli anlar: Gənclər qapıdan sallanaraq həyatlarını riskə atdı - VİDEO
Qırmızı işıqdan yayınan sürücü əks yola çıxıb qarşıdan gələnlərə maneə yaratdı - VİDEO
Bütün sürücülər qaydaları ondan öyrənib: "40 manat cərimə olunmuşam" - VİDEO
Cərimələrlə bağlı yeni qayda tətbiq oluna bilər - VİDEO
Tıxacda qalmamaq üçün sağ zolağa keçən sürücü avtomobillərin yolunu kəsdi - VİDEO
Əks istiqamətə çıxıb yolu kəsən sürücü 150 manatlıq qayda pozdu - 10-OJ-999 - VİDEO
Prospektdə “BYD” sürücüsü yolu “yarış zolağına” çevirdi - 90-YC-116 - VİDEO
Öz “qaydaları” ilə hərəkət edən sürücü əks yola çıxıb qırmızı işıqda keçdi - VİDEO
Bir çox sürücünün bilmədiyi qayda: 100 manat və 3 ballıq cərimə - VİDEO










