Yol nişanını görməzdən gəlib dairəyə daxil olan avtobus sürücüsü - 99-JS-231 - VİDEO

Paytaxtın Bakıxanov qəsəbəsi, Yavər Əliyev küçəsində qayda pozan sürücü qəza şəraiti yaradıb.
Avtosfer.az-ın məlumatına görə, hadisə fevralın 13-də saat 12:39 radələrində qeydə alınıb. Belə ki, 208 nömrəli müntəzəm marşrut xətti üzrə hərəkət edən 99-JS-231 dövlət nömrə nişanlı “Karsan” markalı avtobusun sürücüsü dairəvi hərəkət təşkil olunmuş yolayırıcının keçilməsi qaydasını pozub. Belə ki, o, dairə boyunca hərəkət edən avtomobilin yolunu kəsib. Xoşbəxtlikdən görüntünü qeydə alan sürücü maşını vaxtında saxlayaraq təhlükədən xilas olub.
Xatırladaq ki, Yol Hərəkəti Haqqında Qanunun 42-ci madəsində qeyd olunub ki, dairəvi hərəkət təşkil olunmuş yolayrıcının qarşısında qoyulmuş 4.3 nişanı olduqda, sürücülər dairə boyunca hərəkət edən nəqliyyat vasitələrinə yol verməlidir.
Nərmin
Sol zolaqda dayanan sürücü həm yolu kəsdi, həm də sərnişini riskə atdı - VİDEO
Bakıda 50 nömrəli marşrut avtobuslarının son dayanacağı yenidən müəyyən olunacaq? - VİDEO
Qaydaları pozdu, sonra da polisə tabe olmadı
Maşının qarşısına qəfil çıxan yeniyetmə qəzanın bir addımlığından döndü - VİDEO
Ötmə qaydasından xəbəri olmayan sürücü manevr edib təhlükə yaratdı - VİDEO
Tıxacda dayanan qadın sürücü səkidə gəzən piyadaya görə cərimələndi - FOTO
Masazırda bir-biriylə yarışan moped sürücüləri yol boyu qəza şəraiti yaratdı - VİDEO
Bakıda hərəkətin intensiv olduğu yolu TIR-lar zəbt edib - VİDEO
Maşınına və nömrəsinə güvənən bu sürücü qanunu saymadı - 90-AZ-462 - VİDEO
Maşını həm girişin qarşısında, həm də səkidə park edərək hərəkətə çətinlik yaratdı - VİDEO
Sürücü evakuatoru işıqforun altında saxlayıb hərəkətə maneə yaratdı – 77-TE-419 - VİDEO










