Yol nişanının olmaması sürücüləri ölümlə üz-üzə qoyur - ANBAAN VİDEO

Bakıda yol hərəkətinin təşkilindəki natamamlıq sürücülərin qayda pozmasına səbəb olur. Avtosfer.az xəbər verir ki, söhbət paytaxtın Cəlil Məmmədquluzadə küçəsindən gedir. Belə ki, ayırıcı zolağın üzərinə maneəni sağdan keçməni bildirən 4.2.1 nişanı quraşdırılmadığı üçün sürücülər bilmədən qayda pozurlar. Videogörüntüdə də aydın şəkildə görünür ki, "Toyota" və "Lexus" markalı avtomobillərin sürücüləri ayırıcı zolağın əks tərəfinə çıxaraq hərəkət ediblər. Qarşıdan avtomobillərin gəldiyini gördükdən sonra başa düşüblər ki, əks yolla hərəkət ediblər. Bu zaman dayanaraq geri qayıtmağa məcbur olublar.
Qeyd edək ki, ayırıcı zolağı olan bu cür yollarda maneəni sağdan keçməni bildirən nişanın quraşdırılması mütləqdir. Əks halda baş verən qayda pozuntuları və ya qəzalara görə sürücülər məsuliyyət daşımırlar.
Fərid
Zolağa baxmadan manevr edən sürücü qəza təhlükəsi yaratdı - VİDEO
“BMW”ni avtobus dayanacağının içində park edən sürücü - 90-AA-346 - FOTO
Bakıda müəmmalı hadisə: Sürücü dayanan zaman qəza törətdi - VİDEO
Yolayrıcını düzgün keçməyən sürücü qəza vəziyyəti yaratdı - VİDEO
Məhdudlaşdırılan sürücülük hüququnu necə geri qaytarmaq olar? – Ekspert AÇIQLADI - VİDEO
“BMW” ilə avtoxuliqanlıq edib sosial şəbəkədə paylaşdı; başına iş gəldi - VİDEO
Maşını öz keyfiylə sürən qadın arxadakı sürücünün səbrini tükətdi - VİDEO
Avtoxuliqanlıq edən moto sürücüsü həbs edildi; vəsiqəsi əlindən alındı - VİDEO
Bu sürücü nə maşına yol verdi, nə də piyadaya - 77-VD-015 - VİDEO
"Gözünü yumub" manevr edən taksi sürücüsü qəza şəraiti yaratdı - VİDEO
Qayda pozan TIR sürücüsü yolayrıcında dəhşətli qəza törətdi; yaralı var - VİDEO








