“Yol nişanları əlifbasını birlikdə öyrənək!” - FOTOLAR

Bakıdakı 157 saylı orta məktəbdə “Yol nişanları əlifbasını birlikdə öyrənək!” mövzusunda ibtidai sinif şagirdləri üçün maarifləndirici seminar keçirildi. Yol hərəkəti qaydalarını məktəblərdə təbliğ etmək məqsədilə keçirilən maarifləndirici seminarda Bakı şəhər Dövlət Yol Polisi İdarəsinin bölmə rəisi, polis polkovniki Vaqif Əsədov, Bakı şəhər DYPİ-nin leytenantı Vüsal Nağıyev, Bakı şəhər Baş Polis İdarəsinin yetkinlik yaşına çatmayanlarla iş bölməsinin əməkdaşı, baş leytenant A.Qasımov, məktəbin direktoru G.Səttarova, müəllimlər və 200-ə qədər ibtidai sinif şagirdi iştirak etdi. Dövlət himninin səsləndrilməsi ilə başlanan seminarda 46 №-li Məktəbdənkənar Tərbiyə İşi Mərkəzində yol hərəkəti qaydalarını mükəmməl mənimsəmiş Avropa liseyinin I sinif şagirdi, Mərkəzin Yol Polisinin Gənc Köməkçisi komandasının üzvü Ağa Şeydayev yol hərəkətinə aid hazırladığı təqdimatları nümayiş etdirərək müəyyən izahatlar verdi. Sonra o uşaqların suallarını ətraflı cavablandırdı. Məktəbin direktoru çıxışında bu cür tədbirlərin uşaqların yaddaşında uzun müddət qalacağını və digər məktəblərdə də keçirilməsinin vacibliyini qeyd etdi. DYP-nin əməkdaşları uşaqları yol hərəkəti qaydalarına düzgün riayət etməyə çağırdı. Seminarda iştirak edən fəal uşaqlara Sertifikatlar verildi. Sonda seminarla bağlı sorğu keçirildi. Sorğunun nəticəsində məlum oldu ki, əksər uşaqlar belə seminarların tez-tez keçirilməsinin tərəfdarıdır.
Fərid
Zolağına sığmayan sürücü maşını sıxışdırıb qəza şəraiti yaratdı - VİDEO
Diqqət çəkmək istəyən sürücü qaydalara məhəl qoymadı – 50-DN-816 - VİDEO
Adacığın üzərindən sağa keçən taksi sürücüsü qəza şəraiti yaratdı - VİDEO
Qaranlıqda qəfil manevr edib qəza şəraiti yaratdı – 77-KC-374 - VİDEO
Əks yola çıxıb qəza şəraiti yaratdı, sonra qırmızıda keçdi - VİDEO
Maşının işıqlarını söndürüb taksi işləyən sürücü - VİDEO
Nəsimidə “şou” göstərən moped sürücüsü ölümə meydan oxudu - VİDEO
Qarşıdan gələn maşınlara yol vermədən əks yola çıxdı - 77-JR-972 - VİDEO
Bakıda “Hyundai” sürücüsü avtobusu digər zolağa sıxışdırdı - VİDEO
Bilərkdən qayda pozan sürücü özünə haqq qazandırdı - VİDEO
Bakıda qayda pozan “BYD” az qala motosikletlə toqquşacaqdı - VİDEO



























