Yol nişanları piyadaların başına dəyir - VİDEO

Paytaxtın bir çox ərazilərində yol nişanları düz piyadalar üçün olan səkinin ortasına vurulur. Üstəlik bu nişanlar alçaqdan vurulur. Nəticədə piyadalar məcbur qalıb avtomobil yolu ilə hərəkət edirlər. Əks halda əyilib nişanın altından keçməlidirlər. Belə hallardan biri də Nobel prospektindədir.
Səkinin ortasında vurulmuş yol nişanı piyadaların gediş gəlişinə mane olur. Hətta bəziləri bu nişana görə səkidən çıxıb avtomobil yolu hərəkət etməli olur. Paytaxtın bir çox ərazilərində bu hala nümunə kadrlar Nobel prospekti 15 ünvanındandır. Yolun sağ tərəfindəki səkiyə vurulmuş bütün nişanlar piyadalar üçün təhlükə yaradır. Səbəb nişanların səkidə olması və xeyli alçaqda olmasıdır.
Piyadalar məcburdular ya səkini qoyub yoldan istifadə etsinlər, ya da nişanın altından keçsinlər.
Qaydalara görə, nişanlar yollarda həm yerləşmə hündürlüyünə, həm də yolun hərəkət hissəsinə olan məsəfəsinə görə müəyyən ölçülərdə olmalıdır.
Digər meyarlara görə isə nişanlar tətbiq edilərkən yol hərəkəti iştirakçılarının təhlükəsizliyi də nəzərə alınmalıdır.
Zolağına sığmayan sürücü maşını sıxışdırıb qəza şəraiti yaratdı - VİDEO
Diqqət çəkmək istəyən sürücü qaydalara məhəl qoymadı – 50-DN-816 - VİDEO
Adacığın üzərindən sağa keçən taksi sürücüsü qəza şəraiti yaratdı - VİDEO
Qaranlıqda qəfil manevr edib qəza şəraiti yaratdı – 77-KC-374 - VİDEO
Əks yola çıxıb qəza şəraiti yaratdı, sonra qırmızıda keçdi - VİDEO
Maşının işıqlarını söndürüb taksi işləyən sürücü - VİDEO
Nəsimidə “şou” göstərən moped sürücüsü ölümə meydan oxudu - VİDEO
Qarşıdan gələn maşınlara yol vermədən əks yola çıxdı - 77-JR-972 - VİDEO
Bakıda “Hyundai” sürücüsü avtobusu digər zolağa sıxışdırdı - VİDEO
Bilərkdən qayda pozan sürücü özünə haqq qazandırdı - VİDEO
Bakıda qayda pozan “BYD” az qala motosikletlə toqquşacaqdı - VİDEO












