Yol nişanlarının görüntülü və səsli izahı - YENİ VİDEO

Sürücü-təlimatçı Elvin Hacıyev yol nişanları ilə bağlı maraqlı videoçarxlar hazırlayıb. Videoçarxda yol nişanları ayrı-ayrı qruplar şəklində təqdim olunur və səsli şəkildə izah edilir. Avtosfer.az-ın təqdim etdiyi növbəti videoda siz məcburi hərəkət istiqaməti nişanlarının mənası və təyinatı ilə tanış ola bilərsiniz.
Məcburi hərəkət istiqaməti nişanları nişanları «Yol hərəkəti haqqında» qanunun 65-ci maddəsində əksini tapır. Bu nişanlar dairəvi göy fonda və ağ simvollardan ibarətdir. Məcburi hərəkət istiqaməti nişanları sürücülərə nəqliyyat vasitələrinin icazə verilmiş istiqamətini, sürətini, müvafiq nəqliyyat vasitələrinin istiqamətini və piyadaların hərəkəti üçün nəzərdə tutulan yolları göstərir. Avtosfer.az həmin nişanlarla bağlı səsli videoçarxı və qanunun həmin maddəsini təqdim edir:
Maddə 65. Məcburi hərəkət istiqaməti nişanları
I. Məcburi hərəkət istiqaməti nişanları sürücülərə nəqliyyat vasitələrinin hərəkətinin icazə verilmiş istiqamətini, sürətini müvafiq nəqliyyat vasitələrinin hərəkətini, eləcə də piyadaların hərəkətiüçün nəzərdə tutulan yolları göstərir.
II. Bu nişanların dairəvi forması və mavi fonu vardır.
III. 4.1.1, 4.1.2, 4.1.3, 4.1.4, 4.1.5, 4.1.6 nişanları yalnız oxlarla göstərilən istiqamətlərdə hərəkətə icazə verir. Sola dönməyə icazə verən nişanlar geriyə dönməyə də icazə verir. 4.1.1—4.1.6 nişanlarının qüvvəsi ümumi istifadədə olan nəqliyyat vasitələrinə şamil edilmir.
IV. 4.1.1—4.1.6 nişanlarının qüvvəsi qarşısında nişan qoyulmuş yolun hərəkət hissəsinin kəsişmə yerinə şamil edilir.
V. Yol sahəsinin başlanğıcında qurulmuş 4.1.1 nişanı ən yaxın yolayrıcına qədər qüvvədə olur. Bu nişan həyətlərə və yola bitişik digər ərazilərə girmək üçün sağa dönməyi qadağan etmir. 4.4 nişanı minik avtomobillərinin, avtobusların, motosikletlərin, ümumi istifadədə olan nəqliyyat vasitələrinin və icazə verilmiş maksimum kütləsi 3,5 tondan artıq olmayan yük avtomobillərinin hərəkətinə icazə verir. Bu nişan işarələnmiş sahədə yerləşən müəssisələrə xidmət edən, habelə həmin sahədə yaşayan vətəndaşlara xidmət edən və ya məxsus olan digər nəqliyyat vasitələrinin hərəkətinə də icazə verir. Belə hallarda, nəqliyyat vasitələri işarələnmiş sahəyə təyinat yerinə ən yaxın yolayrıcından girib-çıxmalıdırlır.
Göz görə-görə velosipedçini sıxışdırıb təhlükəli anlar yaşatdı - VİDEO
Sumqayıtdakı bu dairə sürücüləri çaşdırır; qaydalar nə deyir? - VİDEO
Ona yol verməyən sürücüdən belə qisas aldı, ardınca isə… - 99-TL-953 - VİDEO
Qarşıdan gələn maşının yoluna qəfil çıxıb təhlükəli anlar yaşatdı - VİDEO
M4 sağ zolaqdan düz getdi: Qayda pozuntusudur, yoxsa avtobuslara icazə verilir? - VİDEO
Skuterlə yolayrıcına necə gəldi girib qəza təhlükəsi yaratdı - VİDEO
Aeroport yolunda yük avtomobili TƏHLÜKƏ SAÇDI - VİDEO - YENİLƏNİB
Avtoxuliqanlıq edən sürücü 15 sutka HƏBS EDİLDİ - FOTO
Yükü yola tökülə biləcək halda daşıyıb sürücüləri təhlükəyə atdı - VİDEO
Əks yola çıxan sürücü qarşıdan gələnlərə qəza şəraiti yaratdı - VİDEO
Avtobus zolaqlarına daxil olan maşınlara nəzarət artmalıdır - DEPUTAT












