Yol polisi 10 motosikleti cərimə meydançasına apardı - Qalmaqal

Bakı Şəhər Dövlət Yol Polisi İdarəsi Bakıda bir qrup motosikletçinin saxlanılması haqqında yayılan məlumata münasibət bildirib. İdarənin ictimaiyyətlə əlaqələr şöbəsinin rəisi Vaqif Əsədov “Qafqazinfo”ya belə bir hadisənin həqiqətən də baş verdiyini təsdiqləyib. Amma o, xəbərin təhrif olunmuş formada ictimaiyyətə təqdim edildiyini qeyd edib: “Vəfat edən motosiklet həvəskarı Toğrul Mirzəzadənin yas mərasiminə gedən motosikletçilər Nəcəfqulu Rəfiyev, Afiəddin Cəlilov, Neftçilər və Fəhlə prospektləri ilə hərəkət ediblər. Onlar yolda manevr tələblərini pozub və digər kobud qayda pozuntuları ediblər. Bundan sonra polisin haqlı saxlama əmrinə tabe olmayıblar. Xidmət aparan polis işçiləri qanunvericilikdə tələb edildiyi formada motosikletləri “Xəzər” TV-nin inzibati binasının yaxınlığında saxlayıblar”.
Vaqif Əsədov əlavə edib ki, bağlanan ANS-in keçmiş prezidenti Vahid Mustafayev sözügedən karvanda olmayıb, hadisə yerinə sonradan gəlib: “Onun düzgün rəftarı və təbliğatı ilə motosiklet sürücüləri nəqliyyat vasitələrini orada qoyub, “hüzn yerinə tələsirik” deyərək məkandan uzaqlaşıblar. Sonradan həmin ərazidəki 10 motosiklet cərimə meydançasına aparılıb”.
Qeyd edək ki, daha öncə yayılan informasiyada V.Mustafayevin də saxlanıldığı və avtobusa mindirilərək hadisə yerindən uzaqlaşdırıldığı yazılmışdı. Moderator.az-ın hadisə yerində olan əməkdaşının verdiyi məlumata görə, hadisə Nobel prospektində baş verib. Polisin məlumatına görə, motosiklet karvanının saxlanmasına səbəb motosikletlərdə boğucu səslərin olması və magistralda düzgün hərəkət etməmələri olub.
Qeyd olunur ki, V.Mustafayevin motosiklet karvanı dünən yol qəzasında dünyasını dəyişən vəkil Toğrul Mirzəzadənin yas mərasiminə gedirmiş. Əraziyə çağırılan evakuatorlar vasitəsi ilə motosikletlər cərimə meydançasına aparılıb.



Zolağına sığmayan sürücü maşını sıxışdırıb qəza şəraiti yaratdı - VİDEO
Diqqət çəkmək istəyən sürücü qaydalara məhəl qoymadı – 50-DN-816 - VİDEO
Adacığın üzərindən sağa keçən taksi sürücüsü qəza şəraiti yaratdı - VİDEO
Qaranlıqda qəfil manevr edib qəza şəraiti yaratdı – 77-KC-374 - VİDEO
Əks yola çıxıb qəza şəraiti yaratdı, sonra qırmızıda keçdi - VİDEO
Maşının işıqlarını söndürüb taksi işləyən sürücü - VİDEO
Nəsimidə “şou” göstərən moped sürücüsü ölümə meydan oxudu - VİDEO
Qarşıdan gələn maşınlara yol vermədən əks yola çıxdı - 77-JR-972 - VİDEO
Bakıda “Hyundai” sürücüsü avtobusu digər zolağa sıxışdırdı - VİDEO
Bilərkdən qayda pozan sürücü özünə haqq qazandırdı - VİDEO
Bakıda qayda pozan “BYD” az qala motosikletlə toqquşacaqdı - VİDEO












