Yol polisi 300-dən artıq maşını cərimə meydançasına apardı - Bakıda

Bakıda törətdiyi yol xətasına görə yazılmış cəriməni təyin edilmiş müddətdə ödəməyən 300-dən artıq sürücünün cəriməni ödəməsi təmin edilib. Avtosfer.az xəbər verir ki, bu barədə Trend-ə Daxili İşlər Nazirliyinin (DİN) Bakı şəhər Baş Polis İdarəsinin Dövlət Yol Polisi İdarəsinin ictimaiyyətlə əlaqələr bölməsinin rəisi, polis polkovniki Vaqif Əsədov məlumat verib. V.Əsədov bildirib ki, təyin edilmiş cərimə məbləğini ödəməyən sürücülər aşkarlanırsa, barələrində ciddi tədbirlər görülür: “Gecikdirilmiş cərimə faizi ilə birgə ödənilmədikdə avtomobil yol hərəkətindən kənarlaşdırılır və müvəqqəti mühafizə olunan dayanacağa yerləşdirilir. Eyni zamanda sürücünün 6 ay sürücülük hüququndan məhrum edilməsi ilə bağlı vəsatət qaldırılır".
V.Əsədov həmçinin xatırladıb ki, təyin edilmiş cərimə məbləği birinci 5 iş günü müddətində ödənilirsə, avtomatik olaraq 10 faiz güzəşt olunur, təyin olunan müddətlərdə ödənilmirsə, cərimənin üstünə artıq faiz gəlir.
Zolağına sığmayan sürücü maşını sıxışdırıb qəza şəraiti yaratdı - VİDEO
Diqqət çəkmək istəyən sürücü qaydalara məhəl qoymadı – 50-DN-816 - VİDEO
Adacığın üzərindən sağa keçən taksi sürücüsü qəza şəraiti yaratdı - VİDEO
Qaranlıqda qəfil manevr edib qəza şəraiti yaratdı – 77-KC-374 - VİDEO
Əks yola çıxıb qəza şəraiti yaratdı, sonra qırmızıda keçdi - VİDEO
Maşının işıqlarını söndürüb taksi işləyən sürücü - VİDEO
Nəsimidə “şou” göstərən moped sürücüsü ölümə meydan oxudu - VİDEO
Qarşıdan gələn maşınlara yol vermədən əks yola çıxdı - 77-JR-972 - VİDEO
Bakıda “Hyundai” sürücüsü avtobusu digər zolağa sıxışdırdı - VİDEO
Bilərkdən qayda pozan sürücü özünə haqq qazandırdı - VİDEO
Bakıda qayda pozan “BYD” az qala motosikletlə toqquşacaqdı - VİDEO












