Yol polisi adacığı parkinqə çevirib “TikTok”da paylaşanları cəzalandırdı - VİDEO - YENİLƏNİB

Bakı şəhər Dövlət Yol Polisi İdarəsindən Avtosfer.az-a bildirilib ki, qaydaları pozan sürücülərin hər üçü Nəsimi rayon Dövlət Yol Polisi Şöbəsinin əməkdaşları tərəfindən aşkar edilib və barələrində inzibati qaydada protokol tərtib edilib. Onlar İnzibati Xətalar Məcəlləsinin 327.1-ci maddəsi ilə 40 manat məbləğində cərimələnib. Eyni zamanda, DYP əməkdaşları sürücülərlə maarifləndirici söhbətlər apararaq bir daha belə xətalara yol verməməyi tövsiyə edib.
***
12:12
Bakıda avtomobilini harada ürəyi istədi saxlayıb videosunu çəkən, sosial şəbəkədə reklam edən sürücülərin sayı artmaqdadır.
Avtosfer.az xəbər verir ki, paytaxtın Nəsimi rayonu Hüseynbala Əliyev küçəsindəki təhlükəsizlik adacığını zəbt edən 09-BO-017, 99-EF-411 və 10-RZ-170 qeydiyyat nişanlı “Hyundai” markalı avtomobillərin sahibləri bu ərazini özləri üçün parklama yerinə çevirib.
Təhlükəsizlik adacığında dayanmaqla həm qayda pozub, həm də digər hərəkət iştirakçılarına maneə yaradıblar. ,
Qeyd edək ki, hər üç maşının sahibi İnzibati Xətalar Məcəlləsinin müvafiq maddəsinə əsasən cərimələnə bilər.
Səfər
Zolağa baxmadan manevr edən sürücü qəza təhlükəsi yaratdı - VİDEO
“BMW”ni avtobus dayanacağının içində park edən sürücü - 90-AA-346 - FOTO
Bakıda müəmmalı hadisə: Sürücü dayanan zaman qəza törətdi - VİDEO
Yolayrıcını düzgün keçməyən sürücü qəza vəziyyəti yaratdı - VİDEO
Məhdudlaşdırılan sürücülük hüququnu necə geri qaytarmaq olar? – Ekspert AÇIQLADI - VİDEO
“BMW” ilə avtoxuliqanlıq edib sosial şəbəkədə paylaşdı; başına iş gəldi - VİDEO
Maşını öz keyfiylə sürən qadın arxadakı sürücünün səbrini tükətdi - VİDEO
Avtoxuliqanlıq edən moto sürücüsü həbs edildi; vəsiqəsi əlindən alındı - VİDEO
Bu sürücü nə maşına yol verdi, nə də piyadaya - 77-VD-015 - VİDEO
"Gözünü yumub" manevr edən taksi sürücüsü qəza şəraiti yaratdı - VİDEO
Qayda pozan TIR sürücüsü yolayrıcında dəhşətli qəza törətdi; yaralı var - VİDEO










