Yol Polisi İdarəsinin qarşısında “oyun çıxaran” sürücü: “Sağ-sol” edir, əks yola çıxır, sarı işıqda keçir.. - VİDEO

Bakı küçələrində avtoxuliqanlıq edən sürücü özünü videoya çəkərək sosial şəbəkə hesabında paylaşıb.
Avtosfer.az-ın məlumatına görə, 10-MS-924 dövlət nömrə nişanlı “Tofaş” markalı avtomobilin sürücüsü yolda “avtoş şou”su göstərib. Belə ki, o, Səbail rayon Dövlət Yol Polisi İdarəsinin önündə təhlükəli manevrlər edərək zolaqdan-zolağa keçid edib. Digər görüntüdə isə “sağ-sol” edən sürücü əks istiqamətli yola çıxaraq ani manevrlə yenidən qarşı tərəfə keçib. Həmçinin “şou”suna başı qarışan sürücü işıqforun sarı işığına əhəmiyyət vermədən yoluna davam edib. “Avtoş” sürücü, avtomobilin loqosunu da “Porsche”nin loqosuyla əvəz edib.
Xatırladaq ki, sürücünün törətdiyi qayda pozuntusu İnzibati Xətalar Məcəlləsinin 511.1-ci maddəsilə qiymətləndirilə bilər.“Yol hərəkəti haqqında” Konvensiyaya görə, loqonun çıxarılması və ya digər markaya aid loqo ilə əvəz olunması qanunsuz hesab olunur. Bu əməl, markanın dəyişdirilməsi kimi qiymətləndirilir. Qanunvericiliyə görə, bu xətanı törətmiş sürücüləri 150 manat məbləğində cərimə gözləyir.
Nərmin
Sürət həddini 200-ə çatdıran sürücü saxlanıldı - Avtomobil duracağa yerləşdirildi – FOTO - VİDEO
Sol zolaqda dayanan sürücü həm yolu kəsdi, həm də sərnişini riskə atdı - VİDEO
Bakıda 50 nömrəli marşrut avtobuslarının son dayanacağı yenidən müəyyən olunacaq? - VİDEO
Qaydaları pozdu, sonra da polisə tabe olmadı
Maşının qarşısına qəfil çıxan yeniyetmə qəzanın bir addımlığından döndü - VİDEO
Ötmə qaydasından xəbəri olmayan sürücü manevr edib təhlükə yaratdı - VİDEO
Tıxacda dayanan qadın sürücü səkidə gəzən piyadaya görə cərimələndi - FOTO
Masazırda bir-biriylə yarışan moped sürücüləri yol boyu qəza şəraiti yaratdı - VİDEO
Bakıda hərəkətin intensiv olduğu yolu TIR-lar zəbt edib - VİDEO
Maşınına və nömrəsinə güvənən bu sürücü qanunu saymadı - 90-AZ-462 - VİDEO
Maşını həm girişin qarşısında, həm də səkidə park edərək hərəkətə çətinlik yaratdı - VİDEO










