Yol polisi reyd keçirdi - 50-yə yaxın sürücü saxlanılıb

Astara rayonunda yol-hərəkət qaydalarını pozan, avtomobili sənədsiz idarə edən və spirtli içki qəbul edərək sükan arxasına oturan sürücülərə qarşı növbəti reyd keçirilib. Avtosfer.az xəbər verir ki, bu barədə apa-nın cənub bürosunun məlumatına görə, Rayon Polis Şöbəsinin (RPŞ) Dövlət Yol Polisi Bölməsi (DYPB) əməkdaşlarının Şahağacı və Qamişovka kəndləri ərazisində baş tutan reydi zamanı yol hərəkəti qaydalarına riayət etməyən sürücülər saxlanılaraq onlar barəsində qanunauyğun tədbirlər görülüb. Həmçinin reyd zamanı bəzi avtomobillərin texniki baxışdan keçirilməməsi, qanunsuz mal-qara daşınması, sürücülük vəsiqəsi olmadan nəqliyyat vasitəsinin idarə olunması faktları da aşkarlanıb. Qanunvericiliyin tələblərini pozan nəqliyyat vasitələrinin sürücülərinə qarşı inzibati protokollar tərtib edilib. Sürücülük vəsiqəsi olmadan avtomaşını idarə edənlərin nəqliyyat vasitələri isə DYPB-nin cərimə meydançasına aparılıb. Ümumilikdə 20-yə yaxın sürücü cəzalandırılıb. Astara DYPB-nin rəisi İlqar Rəhimzadənin sözlərinə görə, keçirilən reydlərin nəticəsi olaraq ötən illə müqayisədə rayon ərazisində yol-nəqliyyat hadisələri 2 dəfədən çox azalıb və belə tədbirlər mütəmadi olaraq davam etdiriləcək.







Zolağına sığmayan sürücü maşını sıxışdırıb qəza şəraiti yaratdı - VİDEO
Diqqət çəkmək istəyən sürücü qaydalara məhəl qoymadı – 50-DN-816 - VİDEO
Adacığın üzərindən sağa keçən taksi sürücüsü qəza şəraiti yaratdı - VİDEO
Qaranlıqda qəfil manevr edib qəza şəraiti yaratdı – 77-KC-374 - VİDEO
Əks yola çıxıb qəza şəraiti yaratdı, sonra qırmızıda keçdi - VİDEO
Maşının işıqlarını söndürüb taksi işləyən sürücü - VİDEO
Nəsimidə “şou” göstərən moped sürücüsü ölümə meydan oxudu - VİDEO
Qarşıdan gələn maşınlara yol vermədən əks yola çıxdı - 77-JR-972 - VİDEO
Bakıda “Hyundai” sürücüsü avtobusu digər zolağa sıxışdırdı - VİDEO
Bilərkdən qayda pozan sürücü özünə haqq qazandırdı - VİDEO
Bakıda qayda pozan “BYD” az qala motosikletlə toqquşacaqdı - VİDEO












