Yol polisi yoldakı problemi dərhal aradan qaldırdı - VİDEO

Bakıda yol nişanlanma xəttinin səhv çəkilməsi sürücünün cərimələnməsi ilə nəticələnib. Avtosfer.az bildirir ki, söhbət paytaxtın Yasamal rayonu, Mikayıl Müşviq küçəsində hərəkətin təşkilində yol verilən səhvdən gedir. Şəhər sakini Vüsal Hüseynli bildirib ki, bu ayın 5-də Mikayıl Müşviq küçəsinin sağ zolağı ilə hərəkətdə olarkən işıqforun qırmızı işığında dayanan avtomobilin arxasında yaşıl işığın yanmasını gözləyib. Yaşıl işıq yandıqdan sonra həmin zolaqdan düzünə hərəkət edərək yoluna davam edib. Sonradan elektron kabinetinə qayda pozmasıyla bağlı məktub gəldikdə məlum olub ki, həmin küçənin sağ zolağında ancaq sağa dönməni bildirən xətt çəkilib.
Sürücü iddia edir ki, həmin vaxt işıqforda dayanan avtomobil 1.18 nişanlanma xəttinin üstündə durduğu üçün həmin zolaqdan ancaq sağa hərəkətin icazə verildiyini görməyib.
Yol hərəkəti üzrə ekspert Ərşad Hüseynov bildirdi ki, asfalt qatında olan sağa dönmə nişanı işıqforun "stop" xəttinə qədər yol boyu bir neçə yerdə olmalıdır.
Ərazidə çəkiliş apardığımız zaman şahidi olduq ki, həqiqətən yolda nişanlanma problemi var. Bir neçə dəqiqədən sonra Baş Dövlət Yol Polisi və Siqnal İdarəsinin əməkdaşları sözügedən küçəyə gələrək baxış keçirdilər. Sonda işıqforun "stop" xəttindəki sağa dönmə nişanı pozularaq düzünə və sağa dönmə işarəsi ilə əvəzləndi. Yol boyu bir neçə yerdə də həmin nişan təkrarlandı.
Ekspertlər vurğulayırlar ki, yol hərəkətinin təşkilində olan bu cür səhvlər hərəkət iştirakçılarının hüquqlarının pozulması isə nəticələnməməlidir. Belə hallarla qarşılaşan sürücülər isə dərhal yol polisinə məlumat verməlidirlər.
Bu gün Avtosfer.az saytı məsələni gündəmə gətirdiyi üçün Baş DYP-nin "Siqnal" idarəsi dərhal deyilən ünvandakı problemi həll etdi. İndi həmin yoldakı sağ solaqdan düzünə də getmək olar, sağa da...
Elmin
Zolağına sığmayan sürücü maşını sıxışdırıb qəza şəraiti yaratdı - VİDEO
Diqqət çəkmək istəyən sürücü qaydalara məhəl qoymadı – 50-DN-816 - VİDEO
Adacığın üzərindən sağa keçən taksi sürücüsü qəza şəraiti yaratdı - VİDEO
Qaranlıqda qəfil manevr edib qəza şəraiti yaratdı – 77-KC-374 - VİDEO
Əks yola çıxıb qəza şəraiti yaratdı, sonra qırmızıda keçdi - VİDEO
Maşının işıqlarını söndürüb taksi işləyən sürücü - VİDEO
Nəsimidə “şou” göstərən moped sürücüsü ölümə meydan oxudu - VİDEO
Qarşıdan gələn maşınlara yol vermədən əks yola çıxdı - 77-JR-972 - VİDEO
Bakıda “Hyundai” sürücüsü avtobusu digər zolağa sıxışdırdı - VİDEO
Bilərkdən qayda pozan sürücü özünə haqq qazandırdı - VİDEO
Bakıda qayda pozan “BYD” az qala motosikletlə toqquşacaqdı - VİDEO












