Yol polisindən maşını nömrəsiz sürən qazilərə çağırış – “Vətənə canımız fəda, amma…” - VİDEO

Qaydalar 3 May 2023 16:00 Oxunub 6908
Yol polisindən maşını nömrəsiz sürən qazilərə çağırış – “Vətənə canımız fəda, amma…”   - VİDEO
WhatsApp kanalımıza abunə ola bilərsiniz

Son illərdə sürücülər arasında  geniş vüsət alan və bir-birlərindən geri qalmayaraq baş vurduqları davranışlardan biri də avtomobillərinə yazdırdıqları söz və ifadələrdir. Xüsusilə, gənc nəslin nümayəndələri tərəfindən sevilərək tətbiq olunan bu hərəkət müxtəlif məqsədlərə xidmət edir. Bir qisim sosial şəbəkə istifadəçi adını, ləqəbini, sevdiyi hər hansı bir ifadəni maşınında əks etdirərək özünü reklam etdiyi halda, qalan sürücülər üçün məqsəd fərqli olur. Belə ki, yerdə qalan avtomobil idarəçiləri duyğusal manipulyativliyə yer verməklə məqsədlərini həyata keçirməyə çalışırlar. Təəssüf ki, bu yolda 44 günlük Vətən müharibəsi iştirakçılarını və şəhid yaxınlarını görmək mümkündür. Avtomobillərinin arxa şüşəsinə, yan tərəflərinə vurdurduqları ifadələrlə, hətta şəhid şəkilləriylə etdikləri qayda pozuntularını pərdələməyə çalışan bu şəxslər törətdikləri əməlin bu yolla nəzərə alınmayacağını, yaxud yumşaldılacağını düşünür. İşin ən mənfi tərəfi isə etdikləri əməlləri davamlı təkrarlayaraq müxtəlif qayda pozuntularını reallaşdırmaq olur. Qayda pozuntusuna baş vuran manipulyativ sürücülərə Bakı şəhər Dövlət Yol Polisi İdarəsinin baş inspektoru Araz Əsgərli münasibət bildirib. Onun sözlərinə görə avtomobillərə öz nömrəsini, “qaziyəm” sözünü yazmaq, yaxud buna işarə edən ifadələri işlətmək, şəhidlərin şəkillərini vurmaq yolverilməzdir. Həmçinin o, dəfələrlə şəhid ailələrinin DYP ilə əlaqə saxlayaraq müxtəlif avtomobil nömrələri verib şəhid qardaşının, qohumunun şəklini maşınlarına vuraraq xuliqanlıq etdiklərinj, məsuliyyətdən yayındıqlarını və bu kimi davranışlarla şəhidlərin ruhuna hörmətsizlik etdiklərini də vurğulayıb. 
Təəssüf ki, işıqlandırdığımız şəxs də vətən müharibəsində iştirak etmiş və qazi adını almış sürücüdür. 
Avtosfer.az xəbər verir ki, Salamzadə küçəsindən Ziya Bünyadova doğru hərəkət etdiyi zaman fotosu çəkilən avtomobilin sürücüsü arxa şüşəsinə “Vətən sənə canım fəda” yazdıraraq dövlət nömrə nişanı olmadan maşınını idarə edir.
Çəkilən fotoşəkilə də rəy bildirən DYP-nin baş inspektoru bu ifadələri əlavə edib: “Vətənə təbii ki, hər birimizin canı fədadır, başqa yolu ola da bilməz. Lakin bu ifadəni avtomobil şüşəsinə yazaraq maşının ön və arxa nömrələrini çıxarıb idarə etmək qanuna ziddir. Elə vətənə ən böyük hörmət, sevgi onun qayda-qanunlarına əməl etmək deməkdir.”

Nərmin Əkbər
Nurlan Sakitoğlu

ŞƏRH YAZ
Ad

E-mail

Şərh