Yol polisindən piyadalara qarşı daha bir addım - "Cərimə ödənilməlidir"

Bakıda cərimə olunan piyadaların cərimə məbləğini ödəməsi üçün sahə rəislərinə, təhsil müəssisələrinə müraciətlər edilib. Bu barədə "Report"a Bakı şəhər Baş Polis İdarəsinin Dövlət Yol Polisi İdarəsinin (BPİ DYPİ) bölmə rəisi, polis polkovniki Vaqif Əsədov məlumat verib. Piyadaların hüquq və vəzifələrinin "Yol hərəkəti haqqında" qanunun 40-cı maddəsi ilə tənzimləndiyini xatırladan V.Əsədov bildirib ki, bu maddənin tələbləri pozulduqda piyadalar qanunvericilikdə nəzərdə tutulmuş qaydada məsuliyyətə cəlb olunurlar. "Yolun təyin olunmayan yerindən keçən piyadaların əksəriyyəti 21-30 yaş arasında olan şəxslərdir ki, onların da çoxu əmək fəaliyyəti məşğul olanlar və tələbələridir. Cərimə edilən piyadaların təxminən 50 faizi cərimə məbləğini ödəməkdən boyun qaçırırlar. Buna görə də həmin şəxslərin yaşadıqları ərazilərdəki sahə rəislərinə, tələbələrin oxuduqları təhsil müəssisələrinə, əmək fəaliyyəti ilə məşğul olan şəxslərin işlədikləri müəsissə və idarələrə müraciət edilib. Cərimələr işləyənlərin əmək haqqlarından tutulacaq. Piyadalardan bir daha xahiş olunur ki, piyada keçidindən istifadə etsinlər".
Şöbə rəisinin sözlərinə görə, paytaxtın 70 küçə və prospekindəki yerüstü və yeraltı keçidlər yol polisi əməkdaşları tərəfindən tam nəzarətə götürülüb: "Həmin ərazilərdə yol polisləri yaxın məsafələrdə xidmət aparır. Yol hərəkət qaydalarını pozan piyadalar aşkar edilərək, məsuliyyətə cəlb olunurlar".
V.Əsədov onu da bildirib ki, bu il yanvar ayının 27-dən indiyədək Bakıda 5 yol qəzası baş verib: "Nəticədə 6 nəfər xəsarət alıb və 2 nəfər ölüb. 2 nəfərin ölümü piyada vurulması ilə nəticələnən qəzada qeydə alınıb. Buna da səbəb ölən piyadaların təyin olunmayan yoldan keçməsidir. Xatırladım ki, 2016-ci il ərzində 138 000 piyada qayda pozduğuna görə cərimələnib. Həmin il qəzaların 60 faizi məhz piyadaların vurulması ilə nəticələnib".
Göz görə-görə velosipedçini sıxışdırıb təhlükəli anlar yaşatdı - VİDEO
Sumqayıtdakı bu dairə sürücüləri çaşdırır; qaydalar nə deyir? - VİDEO
Ona yol verməyən sürücüdən belə qisas aldı, ardınca isə… - 99-TL-953 - VİDEO
Qarşıdan gələn maşının yoluna qəfil çıxıb təhlükəli anlar yaşatdı - VİDEO
M4 sağ zolaqdan düz getdi: Qayda pozuntusudur, yoxsa avtobuslara icazə verilir? - VİDEO
Skuterlə yolayrıcına necə gəldi girib qəza təhlükəsi yaratdı - VİDEO
Aeroport yolunda yük avtomobili TƏHLÜKƏ SAÇDI - VİDEO - YENİLƏNİB
Avtoxuliqanlıq edən sürücü 15 sutka HƏBS EDİLDİ - FOTO
Yükü yola tökülə biləcək halda daşıyıb sürücüləri təhlükəyə atdı - VİDEO
Əks yola çıxan sürücü qarşıdan gələnlərə qəza şəraiti yaratdı - VİDEO
Avtobus zolaqlarına daxil olan maşınlara nəzarət artmalıdır - DEPUTAT











