Banner

Yol polisindən qaçan motosiklet sürücüsü “Toyota”ya çırpılıb havaya uçdu - VİDEO

Qaydalar 25 Sentyabr 2025 21:00 Oxunub 1942
Yol polisindən qaçan motosiklet sürücüsü “Toyota”ya çırpılıb havaya uçdu - VİDEO
WhatsApp kanalımıza abunə ola bilərsiniz

Polisdən qaçan motosikletçi ağır yol qəzasına düşüb. Avtosfer.az xəbər verir ki, hadisə Rusiyada baş verib. Məlumata görə, Saratov şəhərində ərazidə xidmət aparan polis əməkdaşları yeniyetmə motosiklet sürücüsünün sənədlərini yoxlamaq məqsədi ilə ona “Saxla” əmri veriblər. Lakin yeniyetmə saxlamaq əvəzinə qaza sıxaraq qaçmağa çalışıb. Bu zaman o, yol kəsişməsində yol verməli olduğu hissədə “Toyota” markalı avtomobillə toqquşub. Zərbənin təsirindən motosiklet sürücüsü sərnişini ilə birgə havaya qalxaraq asfalta çırpılıblar. Qəza nəticəsində motosikletli və onun 16 yaşlı sərnişini ağır xəsarətlərlə xəstəxanaya yerləşdiriliblər.

Namiq Musayev

ŞƏRH YAZ
Ad

E-mail

Şərh