Yol polisindən qaçdığı anın görüntüsünü paylaşdı, həbs olundu - FOTO - VİDEO

Yol polisinin qanuni tələbinə riayət etməyən sürücü həbs edilib.
Bakı şəhər DYP İdarəsindən Avtosfer.az-a verilən məlumata görə, Nizami DYP-nin əməkdaşları tərəfindən yol hərəkəti qaydasını pozduğu üçün “Vaz 21214” markalı, 10-XM-064 dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsinin sürücüsünə “saxla” işarəsi verilsə də o, buna məhəl qoymayaraq hərəkətini davam etdirib. Daha sonar sürücü yol polisinin saxlamaq tələbini yerinə yetirməməsini əks etdirən videogörüntünü şəxsi sosial şəbəkə hesabında paylaşıb.
Görülən tədbirlər nəticəsində nəqliyyat vasitəsinin sürücüsü Quliyev Yasin Rasim oğlu Nizami DYP-nin əməkdaşları tərəfindən saxlanılıb. O, saxlanılan zaman yol polisinin qanuni tələblərinə riayət etmədiyi üçün rayon polis bölməsinə təhvil verilib.
Sürücü barəsində toplanılmış materiallar baxılması üçün aidiyyəti üzrə məhkəməyə göndərilib. Məhkəmənin qərarı ilə sürücü Y.Quliyev Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin müvafiq maddələri ilə nəzərdə tutulmuş inzibati xətanı törətməkdə təqsirli bilindiyi üçün səkkiz sutka inzibati qaydada həbs edilib.
Zolağa baxmadan manevr edən sürücü qəza təhlükəsi yaratdı - VİDEO
“BMW”ni avtobus dayanacağının içində park edən sürücü - 90-AA-346 - FOTO
Bakıda müəmmalı hadisə: Sürücü dayanan zaman qəza törətdi - VİDEO
Yolayrıcını düzgün keçməyən sürücü qəza vəziyyəti yaratdı - VİDEO
Məhdudlaşdırılan sürücülük hüququnu necə geri qaytarmaq olar? – Ekspert AÇIQLADI - VİDEO
“BMW” ilə avtoxuliqanlıq edib sosial şəbəkədə paylaşdı; başına iş gəldi - VİDEO
Maşını öz keyfiylə sürən qadın arxadakı sürücünün səbrini tükətdi - VİDEO
Avtoxuliqanlıq edən moto sürücüsü həbs edildi; vəsiqəsi əlindən alındı - VİDEO
Bu sürücü nə maşına yol verdi, nə də piyadaya - 77-VD-015 - VİDEO
"Gözünü yumub" manevr edən taksi sürücüsü qəza şəraiti yaratdı - VİDEO
Qayda pozan TIR sürücüsü yolayrıcında dəhşətli qəza törətdi; yaralı var - VİDEO










