Yol polisindən qaçıb iki maşını vurdu, barəsində 8 protokol yazıldı – Vəsiqəsi də yoxdur - VİDEO

Yol polisindən qaçan sürücü ağır qəza törədib. Avtosfer.az xəbər verir ki, Rusiyanın İrkutsk bölgəsində baş verən hadisənin görüntüləri təhlükəsizlik kamerası tərəfindən qeydə alınıb.
Belə ki, “Toyota” markalı avtomobilin sürücüsü yol polisi əməkdaşının “saxla” əmirinə tabe olmayıb. Təqib zamanı polisdən qaçan sürücü sürətlə idarə etdiyi avtomobil yol kəsişməsində əvvəlcə “Volkswagen”, sonra isə “Honda” markalı maşınlarla toqquşub. Zərbənin təsirindən “Honda” aşıb, idarəetmədən çıxan “Toyota” isə yol nişanına çırpılıb və nişan qadın piyadanın üstünə düşüb. Qəza nəticəsində 3 nəfər xəsarət alıb.
Polisdən verilən məlumata görə, “Toyota” markalı avtomobil sahibinin sürücülük hüququ olmayıb, bu səbəbdən də polisdən qaçıb. Onun barəsində 8 inzibati protokol tərtib edilib.
Sözügedən hadisənin anbaan videosunu təqdim edirik:
Namiq Musayev
Motosikletin qabağına qəfil çıxan yük maşını qorxulu anlar yaşatdı - VİDEO
Bu qəzada günahkar kimdir; sürücü, yoxsa piyadalar? – Ekspert İZAH ETDİ - VİDEO
Xətaidə səfirliyə məxsus “BMW” piyadaları təhlükə ilə üz-üzə qoydu - VİDEO
Maşınlarını necə gəldi saxlayan sürücülər küçəni bağladı – 10-ZT-487 və 90-DM-898 - VİDEO
"ZİL" sürücüsü narkotikin təsiri altında SAXLANILDI - Ekologiya postunda - FOTO
Tıxacdan qaçan sürücü parkinq zolağına keçdi – 99-HQ-022 - VİDEO
Bakıda "Ferrari"nin sürücüsü qaydaları kobud şəkildə pozdu - VİDEO
Boş yerə sığmayan sürücü ikinci cərgəni zəbt etdi - VİDEO
Bakı küçələrində “Hyundai”la “şou” göstərən sürücü – 90-VK-085 - VİDEO
Təhlükəli ötmə edən “Land Rover” sürücüsü az qala ağır qəza törədəcəkdi - REAL VİDEO
Qəza şəraiti yaradan avtobus sürücüsü əl-qol atıb qarşı tərəfi haqsız çıxardı - VİDEO










