Yol polisindən qaçmaq istəyən "Prius" sürücüsü həbs edildi - VİDEO

Paytaxt sakini Murad Kərimov idarə etdiyi “Toyota” markalı avtomobilin xarici işıq cihazlarında dəyişiklik etdiyi üçün Baş Dövlət Yol Polisi İdarəsinin xüsusi taqımının əməkdaşları tərəfindən saxlanılıb.
Sürücünün narkotik vasitənin təsiri altında olması şübhə doğurduğundan o, müayinədən keçməyə dəvət edilib. Bu zaman Murad Kərimov məsuliyyətdən yayınmaq məqsədilə hadisə yerindən qaçmağa cəhd göstərsə də, YPX əməkdaşlarının sayıqlığı nəticəsində saxlanılıb. Müayinədən keçməkdən imtina edən M.Kərimov barəsində toplanmış materiallar baxılması üçün məhkəməyə göndərilib. Məhkəmənin qərarı ilə o, 15 gün müddətində inzibati qaydada həbs olunub.
Baş Dövlət Yol Polisi İdarəsi hüquqazidd əməllər törədən sürücülərin məsuliyyətdən yayınmaq cəhdlərinin əbəs və qanunazidd olduğunu bir daha xatırladır və belə hallara qarşı daha kəsərli tədbirlərin görüləcəyini bildirir.
Narkotik qəbul edib maşın qaçırdı - Rayona gedəndə postda tutuldu
İkitərəfli yolda dayanmış hansı sürücü qaydanı pozur? - CAVAB VER, HƏDİYYƏ QAZAN
Hərbi xidmətə getməyə hazırlaşan gənc "BMW" ilə "avtoş"luq etdi - Məhkəməyə düşdü
Keçiddən keçən piyadanı görməzdən gəlib yoluna davam etdi - VİDEO
Yol polisinin yanında avtobus zolağına girən "Ferrari" saxlanıldı - FOTO - VİDEO
Motosikletin qabağına qəfil çıxan yük maşını qorxulu anlar yaşatdı - VİDEO
Bu qəzada günahkar kimdir; sürücü, yoxsa piyadalar? – Ekspert İZAH ETDİ - VİDEO
Xətaidə səfirliyə məxsus “BMW” piyadaları təhlükə ilə üz-üzə qoydu - VİDEO
Maşınlarını necə gəldi saxlayan sürücülər küçəni bağladı – 10-ZT-487 və 90-DM-898 - VİDEO
"ZİL" sürücüsü narkotikin təsiri altında SAXLANILDI - Ekologiya postunda - FOTO
Tıxacdan qaçan sürücü parkinq zolağına keçdi – 99-HQ-022 - VİDEO










