Yol polisinin gözü qarşısında yolu kəsən sürücü cərimələndi - VİDEO
Bakıda yol hərəkəti qaydasını pozan sürücü məsuliyyətə cəlb edilib. Bu barədə Avtosfer.az-a Bakı şəhər Dövlət Yol Polisi İdarəsindən məlumat verilib. Belə ki, 99-CL-334 qeydiyyat nişanlı “Honda” markalı avtomobilin sürücüsü fevralın 24-də, paytaxtın Mikayıl Müşviq küçəsi ilə İzzət Nəbiyev küçəsinin kəsişməsində yol polisinin gəldiyini görən zaman yolun hərəkət hissəsində dayanıb. O, görüntünü qeydə alan sürücünün yolunu kəsərək təhlükə yaradıb. Sürücü yol polsinin gözü qarşısında dayanmaqla guya qaydalara riayət edirmiş kimi göstərir, lakin bu situasiyada təm əksi olub. Sürücü dayanmaqla qaydaları pozub.
Görüntülər yayıldıqdan sonra sürücü müəyyən edilib. Məlum olub ki, o, 1983-cü il təvəllüdlü Paşayev Seymur Ramiz oğludur. Törətdiyi xətaya uyğun olaraq İnzibati Xətalar Məcəlləsinin 327.2-ci maddəsi ilə 3 bal 60 manat məbləğində cərimə edilib.
Fərid