Yol qəzalarından qorunmaq üçün bunları BİLMƏK LAZIMDIR - VİDEO

Qaydalar 2 İyul 2023 13:07 Oxunub 5408
Yol qəzalarından qorunmaq üçün bunları BİLMƏK LAZIMDIR   - VİDEO
WhatsApp kanalımıza abunə ola bilərsiniz

Yollarda baş verən nəqliyyat qəzaları, demək olar ki, hər gün onlarla ailəni gözüyaşlı qoyur, valideynlərin ümidlər bəslədiyi övladını əlindən alır, bir ailəni başsız qoyur. Bu qəzaların səbəbi isə, təbii ki, sürücü məsuliyyətsizliyi göstərilir. Avtosfer.az  qəzaları doğuran səbəblər, ondan yayınmaq yolları barədə oxuculara tövsiyələr verir. İlk növbədə qəzaları yaradan potensial səbəbləri aradan qaldırmaq lazımdır. Yolun dağılan, yararsız hala düşən hissələri tez bir zamanda aradan qalırılmalıdır: Sürücü yolun yararsız hissəsinə düşməmək üçün maşının sürətini ani bir anda azaldır, yaxud qarşı yola çıxır. 
İkinci, yolların işıqlandırılması və yerdə ağ-sarı xətlənmə işlərinin olmasıdır. Dəmək olar ki, yolların çoxunda yoxdur, yaxud varsa da, artıq pozulmaq üzrədir. Bu xətlər sürücünün diqqətini psixoloji olaraq yolda saxlayır və diqqətin yayılmasının qarşısını alır.
Əsas məqamlardan biri sürücülərdə "yol vermək" mədəniyyətinin formalaşmasını təmin etməkdir. Təəssüf ki, sükan arxasında oturanların çoxu "yol mənimdir", "mən sürməliyəm" düşüncəsi ilə maşın idarə edirlər, hətta maşını vursa belə, yenə yol vermir ki, yol onundur. Əgər başqa sürücü sənin yoluna qəsdən girirsə belə, yenə yol ver qoy girib getsin. Yol vermək lazımdır, əsəbləşib üstünə sürmək yox.
Ümumiyyətlə, yol ayrıcına istər qaydanı pozub, istərsə də pozmayıb girən maşına yol vermək lazımdır. Həm piyadalarda, həm də nəqliyyat vasitələrində yol vermək mədəniyyətinin formalaşması baş verən qəzaları azaldar.

Nurlan Sakitoğlu
Nərmin Əkbər

ŞƏRH YAZ
Ad

E-mail

Şərh