Yol qəzalarının bu ilki statistikası: 695 ölü, 1887 yaralı

Azərbaycanda bu ilin 11 ayında baş verən yol-nəqliyyat hadisələrinin statistikası açıqlanıb. Baş Dövlət Yol Polisi İdarəsindən bildirilib ki, 2016-ci ilin 11 ayı ərzində respublika ərazisində 1848 yol-nəqliyyat hadisəsi qeydə alınıb, nəticədə 695 nəfər həlak olub, 1887 nəfər yaralanıb. 2015-ci ilin müvafiq dövrü ilə müqayisədə qəzaların sayı 185 fakt (9,1%), həlak olanların sayı 121 nəfər (14,8%), yaralananların sayı 182 nəfər (8,8%) azalıb. Bakı şəhəri ərazisində 621 yol-nəqliyyat hadisəsi qeydə alınmış, bunların nəticəsində 170 nəfər həlak olub, 640 nəfər yaralanıb. 2015-ci illə müqayisədə yol-nəqliyyat hadisələrinin, həlak olanların və yaralananların sayı uyğun olaraq 111 fakt (15,2%), 39 nəfər (18,7%), 138 nəfər (17,7 %) azalıb. Yol-nəqliyyat hadisələrinin 43%-ni (795) piyadaların vurulması təşkil edib, nəticədə 283 piyada həlak olub, 591-i yaralanıb.
APA
Zolağına sığmayan sürücü maşını sıxışdırıb qəza şəraiti yaratdı - VİDEO
Diqqət çəkmək istəyən sürücü qaydalara məhəl qoymadı – 50-DN-816 - VİDEO
Adacığın üzərindən sağa keçən taksi sürücüsü qəza şəraiti yaratdı - VİDEO
Qaranlıqda qəfil manevr edib qəza şəraiti yaratdı – 77-KC-374 - VİDEO
Əks yola çıxıb qəza şəraiti yaratdı, sonra qırmızıda keçdi - VİDEO
Maşının işıqlarını söndürüb taksi işləyən sürücü - VİDEO
Nəsimidə “şou” göstərən moped sürücüsü ölümə meydan oxudu - VİDEO
Qarşıdan gələn maşınlara yol vermədən əks yola çıxdı - 77-JR-972 - VİDEO
Bakıda “Hyundai” sürücüsü avtobusu digər zolağa sıxışdırdı - VİDEO
Bilərkdən qayda pozan sürücü özünə haqq qazandırdı - VİDEO
Bakıda qayda pozan “BYD” az qala motosikletlə toqquşacaqdı - VİDEO












