Yol vermək üçün burada dayanan sürücülərə 100 manat cərimə yazılacaq - VİDEO

Bakıda qaydaları pozan sürücülər hərəkətə mane olub. Avtosfer.az xəbər verir ki, hadisə yanvarın 10-da, paytaxtın Neftçilər prospektilə Niyazi küçəsinin kəsişməsində (Azneft dairəsində) qeydə alınıb. Belə ki, Niyazi küçəsilə hərəkət edən "Land Rover", "KIA Stinger" və onun sağında dayanan digər avtomobillərin sürücüləri soldan gələn maşınlara yol verən zaman qaydaları pozublar. Onlar avtomobilin ön hissəsini yolayrıcına çıxararaq digər istiqamətdən gələnlərin zolağını zəbt ediblər. Bu səbəbdən görüntünü qeydə alan avtomobilin sürücüsü qismən sağ zolağa yerdəyişməli olub.
Qanunvericiliyə görə, sürücü yol verməli olan halda hərəkət hissəsinin kəsişmə yerində dayanmalıdır. Nəqliyyat vasitəsinin ön hissəsini yolayrıcına çıxarıb digər istiqamətdən gələn avtomobillərin hərəkətinə mane olmaq yol verməmə sayılır. Bu qayda pozuntusuna yol verən sürücülər İnzibati Xətalar Məcəlləsinin 327.2-ci maddəsi ilə 3 bal 100 manat məbləğində cərimə oluna bilərlər.
Fərid
Sumqayıtda TƏHLÜKƏLİ ANLAR - Avtobus sürücüsü hər iki əlini sükandan çəkərək telefonla oynadı - VİDEO
Yolunu qısaltmaq istəyən qadın özünü və azyaşlı uşağını təhlükəyə atdı - VİDEO
"Tofaş"la avtoxuliqanlıq edib video paylaşdı; həbs edildi - VİDEO
Sağa-sola dönməyin qaydasını bilməyən sürücü qəza şəraiti yaratdı - VİDEO
Sıxlıqda özünə yer tapa bilməyən sürücü avtomobilləri sıxışdırıb təhlükə yaratdı - VİDEO
Toy karvanında avtoxuliqanlıq edən sürücü həbs edildi - FOTO - VİDEO
Sumqayıtda qadın sürücü maşınların önünə çıxıb təhlükə yaratdı - VİDEO
Rolik sürən qız velosiped zolağını qoyub avtomobillərin hərəkətinə mane oldu - VİDEO
Maşını ikinci cərgədə saxlayan sürücü “iki dəqiqəyə qayıdacam” deyib yoxa çıxdı - FOTO
Sərxoş velosipedçi cərimələnə bilərmi? - DÜNYA TƏCRÜBƏSİ - FOTO
Şəbnəm Tovuzlunun qızı bu görüntülərə görə CƏZALANDIRILDI - VİDEO








