Yola baxmadan hərəkət edən sürücü qəza riski yaradıb qarşı tərəfi əsəbiləşdirdi - VİDEO
Qaydalar
15 Avqust 2025 16:00
Oxunub 1138

Paytaxtın Xətai rayonu, Köhnə Günəşli qəsəbəsində qayda pozan sürücü avtomobilin videoregistratoruna düşüb.
Avtosfer.az-ın məlumatına görə, hadisə avqustun 13-də saat 20:35 radələrində qeydə alınıb. Kadrdan da göründüyü kimi, 90-SL-983 dövlət nömrə nişanlı “Mercedes” markalı avtomobilin sürücüsü manevr qaydasını pozub. Belə ki, o, yola baxmadan hərəkətə başlayan sürücü birbaşa sol zolağa keçib və bu vaxt həmin zolaqdakı maşına qəza şəraiti yaradıb. Təhlükəylə üzləşən sürücü ehtiyatlı davranaraq baş verəcək qəzanın qarşını alıb və ardınca ona siqnal verib. Qayda pozan sürücü isə ona əhəmiyyət vermədən geriyə manevr edib.
Nərmin
ŞƏRH YAZ














