Yola necə gəldi çıxan sürücü görün necə qəza riski yaratdı - VİDEO

Yol hərəkəti qaydalarını pozan sürücü avtomobilin videoregistratoruna düşüb.
Avtosfer.az-ın məlumatına görə, hadisə sentyabrın 26-da, saat 17:01 radələrində qeydə alınıb. Belə ki, 77-CT-808 dövlət nömrə nişanlı “BMW” markalı avtomobilin sürücüsü yola diqqət yetirmədən hərəkətə başlayıb. Nəticədə o, sağ tərəfdən gələn nəqliyyat vasitəsinə qəza şəraiti yaradıb. Xoşbəxtlikdən, görüntünü qeydə alan avtomobilin sürücüsü vaxtında dayanaraq qəzanın qarşısını ala bilib.
Qanunvericiliyə görə, sürücü hərəkətə başlamazdan əvvəl avtomobilin qarşısında və arxasında təhlükə olmadığından əmin olmalıdır. “Yol hərəkəti haqqında” Qanunun 53-cü maddəsinə əsasən, manevr edən sürücü digər nəqliyyat vasitələrinin və piyadaların hərəkətinə mane olmamalıdır.
Bir sözlə, hər bir sürücü hərəkətə başlamazdan əvvəl güzgülərə baxmalı, dönmə siqnalı verməli və ətrafdakı vəziyyəti tam qiymətləndirməlidir.
Nərmin
"Range Rover"lə hoqqabazlıq edib yol polisindən qaçan sürücü HƏBS EDİLDİ - VİDEO
Geriyə dönənlərin zolağına girən sürücü düzünə sürüb qaydaları pozdu - VİDEO
Saatlıda narkotik çəkən vəsiqəsiz sürücü 30 günlük HƏBS EDİLDİ
Motosikleti az qala vuran sürücü cavabıyla özünü gülməli vəziyyətə saldı - VİDEO
Zolağa necə gəldi girən sürücü qəza şəraiti yaratdı - VİDEO
Prospektdə sürücü motosikleti gözardı edib sıxışdırdı - 99-KO-880 - VİDEO
Yük avtomobilinin sürücüsü əks yola çıxıb maşınların üzərinə sürdü - VİDEO
Abşeronda vəsiqəsi olmadan "ruçnoy" çəkən "avtoş" gənc həbs edildi - VİDEO
Sərxoş vəziyyətdə avtomobil idarə edib sürət həddini aşdı – Saxlanıldı - FOTO
İş başında sükanı buraxıb oyun oynayırdı - İşdən çıxarıldı - VİDEO
Yolayrıcında qəza təhlükəsi yaradan sürücü CƏRİMƏLƏNDİ - VİDEO











