Yola qəfil çıxan sürücü qəza şəraiti yaratdı - VİDEO
Qaydalar 5 Dekabr 2020 16:05 Oxunub 7946
Yola qəfil çıxan sürücü  qəza şəraiti yaratdı - VİDEO

Dekabrın 5-i Xırdalan şəhəri Heydər Əliyev prospektində hərəkətə başlayan sürücü digər avtomobilin hərəkətinə mane olub. Avtosfer.az xəbər verir ki, 90-HZ-497 qeydiyyat nişanlı "Mercedes" markalı avtomobilin sürücüsü hərəkətə başlayan zaman manevr qaydasını pozaraq üstünlüyə malik olan avtomobilin qəfil qarşısına çıxıb. Üstün hərəkətə malik olan avtomobil qəzanın qarşısını almaq üçün dayanaraq həmin sürücüyə yol verib.

Qeyd edək ki, Xırdalanda hərəkət edən sürücülərin əksəriyyəti qanuna saymazyana yanaşaraq öz istədikləri kimi hərəkət edirlər. 


Fərid

ŞƏRH YAZ
Ad

E-mail

Şərh