Yola siqaret kötüyü atan sürücülər bu videoya baxıb nəticə çıxarmalıdırlar - VİDEO

Maşında siqaret çəkən əksər sürücülər onun kötüyünü yola atırlar. Çox az sayda sürücü görmək olar ki, onu maşınındakı zibil qutusunda saxlasın. Sürücülər düşünürkər ki, atdıqları siqaret kötüyü çox kiçik olduğu üçün yoxa çıxır. Lakin bu, qətiyyən belə deyil. Küçəyə atılan hər bir siqaret kötüyünü külək yolun kənarına yığır. Nəticədə hərəkət hissəsinin kənarları siqaret kötükləri ilə qalaqlanır. Bu zibilləri isə təmizliyə baxan qadınlar əziyyətlə yığışdırır.
Təqdim etdiyimiz videogörüntü səhər saatlarında paytaxtın Qara Qarayev prospektinin girişində qeydə alınıb. Aydın şəkildə görünür ki, yaşlı qadın yolun kənarına qalaqlanmış siqaret kötüklərini bir-bir yığışdırır. Buna baxan hər bir sürücü nəticə çıxarmalı və bir daha yerə zibil atmamalıdır.
Bəzən insanlar absurd fikirlər səsləndirərək belə deyirlər: "Biz yolu zibilləməsək, təmizliyə baxan işçilər işsiz qalar", "Onlar zibil yığışdırmaq üçün işləyirlər" və.s. Bu fikirlər olduqca kökündən yanlış və özünə haqq qazandırmaqdan başqa bir şey deyil.
Düşünməyin ki, siz yeri zibilləməsəniz onlar işsiz qalacaqlar. Və unutmayın ki, təmizliyə baxan işçilərin vəzifəsi sizin zibillərinizi yığmaq deyil, təbii şəkildə yaranan zibilləri təmizləməkdir.
Fərid
Sürət həddini 200-ə çatdıran sürücü saxlanıldı - Avtomobil duracağa yerləşdirildi – FOTO - VİDEO
Sol zolaqda dayanan sürücü həm yolu kəsdi, həm də sərnişini riskə atdı - VİDEO
Bakıda 50 nömrəli marşrut avtobuslarının son dayanacağı yenidən müəyyən olunacaq? - VİDEO
Qaydaları pozdu, sonra da polisə tabe olmadı
Maşının qarşısına qəfil çıxan yeniyetmə qəzanın bir addımlığından döndü - VİDEO
Ötmə qaydasından xəbəri olmayan sürücü manevr edib təhlükə yaratdı - VİDEO
Tıxacda dayanan qadın sürücü səkidə gəzən piyadaya görə cərimələndi - FOTO
Masazırda bir-biriylə yarışan moped sürücüləri yol boyu qəza şəraiti yaratdı - VİDEO
Bakıda hərəkətin intensiv olduğu yolu TIR-lar zəbt edib - VİDEO
Maşınına və nömrəsinə güvənən bu sürücü qanunu saymadı - 90-AZ-462 - VİDEO
Maşını həm girişin qarşısında, həm də səkidə park edərək hərəkətə çətinlik yaratdı - VİDEO










