Yolayrıcına girən sürücülər dayanmadan şütüyüb qəza şəraiti yaratdılar - VİDEO

Qaydalar 17 Mart 2025 15:30 Oxunub 260
Yolayrıcına girən sürücülər dayanmadan şütüyüb qəza şəraiti yaratdılar   - VİDEO
WhatsAp|

Paytaxtın Yasamal rayonu, Kənar Dairəvi yolunda qayda pozan sürücülər anbaan avtomobilin kamerasına düşüb.

Avtosfer.az-ın məlumatına görə, hadisə martın 16-da saat 12:50 radələrində qeydə alınıb. Videodan da göründüyü kimi, nizamlanan yolayrıcına daxil olan 99-MB-085 dövlət nömrə nişanlı “Mercedes” markalı və 90-VV-621 dövlət nömrə nişanlı “Hyundai” markalı avtomobillərin sürücüləri növbələrini gözləmədən hərəkət ediblər. Bu zaman onlar sağ tərəfdən gələn maşına qəza riski yaradıblar. Xoşbəxtlikdən görüntünü qeydə alan sürücü dayanaraq baş verəcək qəzadan xilas olub.

Nərmin

ŞƏRH YAZ
Ad

E-mail

Şərh