Yolayrıcında bu qaydalara əməl etməyənlər piyadanı vura bilər - VİDEO

Müşahidələr göstərir ki, sürücülərin səhvi ucbatından baş verən piyada vurma hadisələrinin əksəriyyəti yolayrıcında baş verir.
Avtosfer.az xəbər verir ki, bununla əlaqədar qəzalar əleyhinə kursların məşqçisi Aqil Rəhimov bu mövzuda video çəkib və özünün “Facebook” hesabında yayımlayıb. O qeyd edib ki, yolayrıcındakı piyada keçidinə yaxınlaşarkən sürücülər diqqətli olmalıdır. Öndəki avtomobillə ara məsafəsi saxlamaq önəmlidir:
.jpg)
“Əgər siz öndəki maşınla, heç olmasa, 1,5-2 metr məsafə saxlamasaz, “zebra”da hərəkət edən piyadaların üstündən keçəcəksiz. Buna səbəb, arxadan gələn nəqliyyat vasitəsinin sizin avtomobilə dəyməsi olacaq”.
Mütəxəssis qeyd edir ki, yolayrıclarında sürücülərin tez-tez təkrarladığı başqa bir səhv, kəsişmələrdə sağa dönərkən yalnız sola baxmalarıdır.
“Yolayrıcına çatan kimi soldan gələn avtomobil çoxluğunu buraxmaq üçün sola baxmalı olurlar. Sağa dönəndə artıq yolu keçən piyadaları vura bilərlər. Vururlar da. Sola baxıb yaxınlaşan avtomobilləri buraxırıq, daha sonra isə başımızı sağa çeviririk. Bu zaman biz piyadanı görəcəyik, görməsək, onu əzəcəkdik. Bütün piyadaları buraxırıq, çünki onlar qanuni şəkildə “zebra”dan keçirlər. Bundan sonra dönmə işığımızı yandırım sol zolağa keçirik, sürətimizi artırıb yola davam edirik”.
Səfər
Maşını həm ikinci cərgədə, həm də döngədə park edən sürücü hamının yolunu kəsdi - VİDEO
“Ərim gəlsin” deyən sərxoş qadın sürücü yol polisinə yalvardı - 500 manat cərimələndi - VİDEO
Qabağa keçmək üçün hər yola əl atan sürücü görün sonda nə etdi - VİDEO
Nişanı heçə sayan sürücülər kameradan gizlənmək üçün zolağı zəbt etdi - VİDEO
Tıxacdan “çıxış yolu”nu tapan sürücülər avtobus zolağında şütüdülər - VİDEO
Dumanlı hava şəraitində piyada və sürücülər hansı qaydalara əməl etməlidir? – EKSPERT AÇIQLADI
Masazırda ard-arda kobud qayda pozan sürücü təhlükə saçdı - VİDEO
Səbrsiz sürücü əks yola çıxıb maşının üzərinə sürdü - 90-ZF-990 - VİDEO
Uşağı məktəbə gətirən sürücü öz rahatlığı üçün maşını səkidə park etdi - VİDEO
Qaydaları kobud şəkildə pozan 15 yaşlı gənc 4900 manat cərimələndi - VİDEO
“Yol hərəkəti haqqında” qanunda dəyişiklik ediləcək - Qərar imzalandı











