Yolda belə dönən sürücülərin nəzərinə: Buna görə cərimə yazılır - VİDEO

Əksər sürücülər manevr qaydalarını düzgün yerinə yetirmirlər. Avtosfer.az xəbər verir ki, belə sürücülərdən biri kameraya düşüb. Qeyd edək ki, hadisə noyabrın 20-də, paytaxtın Abdulla Şaiq küçəsində baş verib.
Belə ki, 99-EL-875 qeydiyyat nişanlı "Mercedes" markalı avtomobilin sürücüsü sağa dönən zaman manevr qaydasını pozub. Qanunvericilikdə qeyd olunub ki, sürücü sağa və ya sola dönməzdən əvvəl kənar vəziyyət tutmalıdır. Bu o deməkdir ki, videogörüntüdəki sürücü sağa dönən zaman ən sağ zolaqda yerləşməli idi. Lakin aydın şəkildə görünürü ki, o, ikinci zolaqda tormozlama edərək həmin zolaqdan sağa dönüb. Bu zaman arxadan gələn sürücünün də hərəkətinə mane olub.
Bu qayda pozuntusuna görə, İnzibati Xətalar Məcəlləsinin 327.1-ci maddəsilə 40 manat məbləğində cərimə nəzərdə tutulub.
Könül Rauf
Sürət həddini 200-ə çatdıran sürücü saxlanıldı - Avtomobil duracağa yerləşdirildi – FOTO - VİDEO
Sol zolaqda dayanan sürücü həm yolu kəsdi, həm də sərnişini riskə atdı - VİDEO
Bakıda 50 nömrəli marşrut avtobuslarının son dayanacağı yenidən müəyyən olunacaq? - VİDEO
Qaydaları pozdu, sonra da polisə tabe olmadı
Maşının qarşısına qəfil çıxan yeniyetmə qəzanın bir addımlığından döndü - VİDEO
Ötmə qaydasından xəbəri olmayan sürücü manevr edib təhlükə yaratdı - VİDEO
Tıxacda dayanan qadın sürücü səkidə gəzən piyadaya görə cərimələndi - FOTO
Masazırda bir-biriylə yarışan moped sürücüləri yol boyu qəza şəraiti yaratdı - VİDEO
Bakıda hərəkətin intensiv olduğu yolu TIR-lar zəbt edib - VİDEO
Maşınına və nömrəsinə güvənən bu sürücü qanunu saymadı - 90-AZ-462 - VİDEO
Maşını həm girişin qarşısında, həm də səkidə park edərək hərəkətə çətinlik yaratdı - VİDEO










