Yolda təhlükə yaradıb "ölümünə sürən" sürücü postda saxlanıldı - VİDEO

Yolda təhlükə yaradan sürücü saxlanılıb.
DİN-in Baş Dövlət Yol Polisi İdarəsindən Avtosfer.az-a verilən xəbərə görə, Qaradağ rayonu, Lökbatan–Qobu yolunda “Ford” markalı yük avtomobilinin sürücüsünün tam olaraq əks istiqamətli nəqliyyat axınının hərəkət zolağına çıxaraq qarşıdan gələn sərnişin avtobusu və digər nəqliyyat vasitələri üçün real təhlükə yaratması ilə bağlı sosial şəbəkələrdə yayılan videogörüntülər BDYPİ-də araşdırılıb.
Araşdırma nəticəsində yolda özü, sərnişinləri və digər hərəkət iştirakçılarının həyatı üçün təhlükə yaradan sürücünün Emil Cəfərli olduğu müəyyən edilib. O, YPX Alayının əməkdaşları tərəfindən stasionar postda saxlanılıb və barəsində qanunvericiliyə uyğun tədbirlər görülüb.
Baş Dövlət Yol Polisi İdarəsi bütün sürücülərə müraciət edərək, onları yollarda təhlükəli manevrlərə yol verməməyə, digər hərəkət iştirakçılarının həyatına hörmətlə yanaşmağa və qanunvericiliyin tələblərinə ciddi şəkildə əməl etməyə çağırır.
Motosikletin qabağına qəfil çıxan yük maşını qorxulu anlar yaşatdı - VİDEO
Bu qəzada günahkar kimdir; sürücü, yoxsa piyadalar? – Ekspert İZAH ETDİ - VİDEO
Xətaidə səfirliyə məxsus “BMW” piyadaları təhlükə ilə üz-üzə qoydu - VİDEO
Maşınlarını necə gəldi saxlayan sürücülər küçəni bağladı – 10-ZT-487 və 90-DM-898 - VİDEO
"ZİL" sürücüsü narkotikin təsiri altında SAXLANILDI - Ekologiya postunda - FOTO
Tıxacdan qaçan sürücü parkinq zolağına keçdi – 99-HQ-022 - VİDEO
Bakıda "Ferrari"nin sürücüsü qaydaları kobud şəkildə pozdu - VİDEO
Boş yerə sığmayan sürücü ikinci cərgəni zəbt etdi - VİDEO
Bakı küçələrində “Hyundai”la “şou” göstərən sürücü – 90-VK-085 - VİDEO
Təhlükəli ötmə edən “Land Rover” sürücüsü az qala ağır qəza törədəcəkdi - REAL VİDEO
Qəza şəraiti yaradan avtobus sürücüsü əl-qol atıb qarşı tərəfi haqsız çıxardı - VİDEO










