“Yollarda ölümsüz bir gün!”

Bakıdakı 46 nömrəli Məktəbdənkənar Tərbiyə İşi Mərkəzində Azərbaycan Milli Avtomobil Klubu (AMAK) ilə birgə “Yollarda ölümsüz bir gün!” devizi altında maarifləndirici aksiya keçirilib. Təhsil Nazirliyindən Avtosfer.az-a verilən məlumata görə, tədbirdə aidiyyəti qurumların nümayəndələri, 500-ə yaxın məktəbli iştirak edib. Aksiyanın məqsədi uşaq və yeniyetmələrin iştirakı ilə yol-nəqliyyat hadisələrinin qarşısının alınması istiqamətində profilaktik tədbirlərin gücləndirilməsi, eləcə də ümumtəhsil məktəblərində şagirdlərə təhlükəsiz davranış vərdişlərinin aşılanması olub.
Tədbir çərçivəsində polis forması geyinən uşaqlar “Təhlükəsizilik kəmərindən istifadə et!”, “Dayanma-durma qaydalarına əməl et!”, “Piyada, keçiddən istifadə et!” çağırışı ilə hərəkət iştirakçılarını yollarda intizamlı olmağa çağırıblar. Uşaqlar yol hərəkəti qaydalarını pozan piyadaları da saxlayaraq, onlara Dövlət Yol Polisi əməkdaşları ilə birgə tövsiyələr veriblər.
Emin
Zolağına sığmayan sürücü maşını sıxışdırıb qəza şəraiti yaratdı - VİDEO
Diqqət çəkmək istəyən sürücü qaydalara məhəl qoymadı – 50-DN-816 - VİDEO
Adacığın üzərindən sağa keçən taksi sürücüsü qəza şəraiti yaratdı - VİDEO
Qaranlıqda qəfil manevr edib qəza şəraiti yaratdı – 77-KC-374 - VİDEO
Əks yola çıxıb qəza şəraiti yaratdı, sonra qırmızıda keçdi - VİDEO
Maşının işıqlarını söndürüb taksi işləyən sürücü - VİDEO
Nəsimidə “şou” göstərən moped sürücüsü ölümə meydan oxudu - VİDEO
Qarşıdan gələn maşınlara yol vermədən əks yola çıxdı - 77-JR-972 - VİDEO
Bakıda “Hyundai” sürücüsü avtobusu digər zolağa sıxışdırdı - VİDEO
Bilərkdən qayda pozan sürücü özünə haqq qazandırdı - VİDEO
Bakıda qayda pozan “BYD” az qala motosikletlə toqquşacaqdı - VİDEO













