“Yollarda ölümsüz bir gün” – DYP və AMAK-dan maraqlı addım - FOTO

Bu gün Bakı Şəhər Dövlət Yol Polisi İdarəsi, 46 saylı Məktəbdənkənar Tərbiyə İşi Mərkəzi və Azərbaycan Milli Avtomobil Klubu (AMAK) "Yollarda ölümsüz bir gün!" devizi altında Yasamal rayonunda (Beşmərtəbə dairəsi) birgə aksiya keçirb. Avtosfer.az-ın məlumatına görə, Bakı Şəhər DYPİ-nin böomə rəisi, polkovnik Vaqif Əsədovun nəzarəti ilə uşaqlar sırada düzgün yerişi və yolu keçmək qaydalarını nümayiş etdirib, yol hərəkəti qaydalarına əməl etməyən sürücü və piyadaları saxlayaraq onlara irad bildiriblər. Azyaşlı uşaqların qayda pozan sürücüləri sərbəst şəkildə dayandırması, onlara yaxınlaşıb özünü təqdim etməsi, qayda pozuntusunun təhlükə yaradacağı barədə fikirləri sürücülərdə maraq doğurub. Polis forması geyinən azyaşlılar sürücülərə avtomobil sürərkən, piyadalara isə yol keçərkən ehtiyatlı olmağı xatırladıblar. Bundan əlavə, həmin sürücülərə AMAK-ın əməkdaşları tərəfindən yol qəzalarının ağır nəticələri, qayda pozuntularının təhlükəli tərəfləri barədə məlumat verilib və hədiyyələr təqdim olunub.
Polkovnik Vaqif Əsədov Avtosfer.az-a bildirib ki, dərs ilinin başlanması ilə əlaqədar uşaqların həyat və sağlamlığının qorunması məqsədilə tədbirlər görülür: "Bu istiqamətdə bir neçə tədbir keçirmişik. Neqativ halların azalmasına baxmayaraq, bu cür davam tədbirlər davam etdirilməlidir. Keçirdiyimiz tədbirlərdə vətəndaş-polis münasibətlərinə xüsusi diqqət yetirilir. Yol hərəkəti qaydaları hər bir hərəkət iştirakçısı tərəfindən mənimsənilməlidir. Burada məsuliyyət hissi artırılmalıdır. Bizim işimiz təkcə məsuliyyətə cəlb etmək deyil, həm də təbliğat aparırıq. Sürücülərin maarifləndirilməsi qəzalarının sayının azalmasına səbəb olur".
Qeyd edək ki, aksiya sentyabrın 20-də başlayıb. Bu müddət ərzində aksiyada 500 şagird iştirak edib. Aksiyada iştirak edənlər 31, 32, 96, 126, 164, 258, 283 saylı orta məktəbin şagirdləri yol hərəkəti qaydaları ilə bağlı öz bilik və bacarıqlarına nümayiş etdiriblər.
Elməddin
Zolağına sığmayan sürücü maşını sıxışdırıb qəza şəraiti yaratdı - VİDEO
Diqqət çəkmək istəyən sürücü qaydalara məhəl qoymadı – 50-DN-816 - VİDEO
Adacığın üzərindən sağa keçən taksi sürücüsü qəza şəraiti yaratdı - VİDEO
Qaranlıqda qəfil manevr edib qəza şəraiti yaratdı – 77-KC-374 - VİDEO
Əks yola çıxıb qəza şəraiti yaratdı, sonra qırmızıda keçdi - VİDEO
Maşının işıqlarını söndürüb taksi işləyən sürücü - VİDEO
Nəsimidə “şou” göstərən moped sürücüsü ölümə meydan oxudu - VİDEO
Qarşıdan gələn maşınlara yol vermədən əks yola çıxdı - 77-JR-972 - VİDEO
Bakıda “Hyundai” sürücüsü avtobusu digər zolağa sıxışdırdı - VİDEO
Bilərkdən qayda pozan sürücü özünə haqq qazandırdı - VİDEO
Bakıda qayda pozan “BYD” az qala motosikletlə toqquşacaqdı - VİDEO


































