Yolu səhv salan sürücü maşınların üzərinə sürüb qəza şəraiti yaratdı - VİDEO

Qaydalar 10 İyun 2021 16:00 Oxunub 2034
Yolu səhv salan sürücü maşınların üzərinə sürüb qəza şəraiti yaratdı  - VİDEO
WhatsApp kanalımıza abunə ola bilərsiniz

Paytaxtın Bayıl qəsəbəsində yol hərəkəti qaydasını pozan sürücü təhlükəli anlar yaşadıb. Avtosfer.az">Avtosfer.az xəbər verir ki, 15-BV-911 qeydiyyat nişanlı "Tofaş" markalı avtomobilin sürücüsü iyunun 1-i paytaxtın Əhəd Yaqubov küçəsində ikitərəfli hərəkət üçün nəzərdə tutulmuş yolun sol tərəfinə keçərək yüksək sürətlə sürüb. Videogörüntünü qeydə alan sürücü qəzanın yaranacağını görən anda avtomobili dayandıraraq təhlükədən yayınıb. Qaydaları pozan sürücü isə heç nə olmamış kimi əks istiqamətli zolaqda hərəkətinə davam edib.

 

Fərid

ŞƏRH YAZ
Ad

E-mail

Şərh