Yolu səhv salan sürücü yanacağa qənaət edib avtomobillərə təhlükə yaratdı - VİDEO
Qaydalar
8 Aprel 2024 10:00
Oxunub 952
Bakıda yolu səhv salan sürücü təhlükə yaradıb. Avtosfer.az xəbər verir ki, hadisə aprelin 6-da, Babək prospekti istiqamətinə gedən körpüdə baş verib. Belə ki, 10-OO-055 qeydiyyat nişanlı "Range Rover" markalı avtomobilin sürücüsü yolunu dəyişmək üçün bir neçə kilometr məsafə qət etmək əvəzinə qayda pozmağı üstün sayıb. O, körpünün üzərində geriyə hərəkət edərək arxadan gələn sürücülərə təhlükə yaradıb.
"Yol hərəkəti haqqında" qanunun 42-ci maddəsində qeyd olunub ki, körpülərin üzərində geriyə dönmə və geriyə hərəkət manevri qadağandır. Bu xətaya yol verən sürücülər 40 manat məbləğində cərimə oluna bilərlər.
Fərid
ŞƏRH YAZ
DİGƏR XƏBƏRLƏR