Yolu telefona baxaraq keçən piyada sürücüyə hələ irad da bildirdi - VİDEO

Paytaxtın Ziya Bünyadov və Heydər Əliyev prospektlərinin kəsişməsində (“Koroğlu” metrosu yaxınlığında) qayda pozan piyadalar avtomobilin videoregistratoruna düşüb.
Avtosfer.az-ın məlumatına görə, hadisə noyabrın 17-də saat 13:08 radələrində qeydə alınıb. Kadrdan görünür ki, yolu təyin olunmamış yerdən keçən piyadalar həm özlərini, həm də sürücüləri təhlükəyə atıblar. Hətta keçiddən istifadə etməyən gənc oğlan hərəkətdə olan avtomobillərə əhəmiyyət verməyərək mobil telefonla məşğul halda yolu keçib. Görüntünü qeydə alan sürücü siqnal verərək piyadaya xəbərdarlıq edib. Lakin o, törətdiyi xətanı başa düşmək əvəzinə əliylə sürücüyə irad bildirib.
Qeyd edək ki, sözügedən ərazidə keçid mövcuddur. Buna baxmayaraq piyadalar mütəmadi olaraq qayda pozurlar.
Nərmin
Qarlı havalarda sürücülər hansı səhvlərə yol verir? - EKSPERT AÇIQLADI
"Range Rover"lə hoqqabazlıq edib yol polisindən qaçan sürücü HƏBS EDİLDİ - VİDEO
Geriyə dönənlərin zolağına girən sürücü düzünə sürüb qaydaları pozdu - VİDEO
Saatlıda narkotik çəkən vəsiqəsiz sürücü 30 günlük HƏBS EDİLDİ
Motosikleti az qala vuran sürücü cavabıyla özünü gülməli vəziyyətə saldı - VİDEO
Zolağa necə gəldi girən sürücü qəza şəraiti yaratdı - VİDEO
Prospektdə sürücü motosikleti gözardı edib sıxışdırdı - 99-KO-880 - VİDEO
Yük avtomobilinin sürücüsü əks yola çıxıb maşınların üzərinə sürdü - VİDEO
Abşeronda vəsiqəsi olmadan "ruçnoy" çəkən "avtoş" gənc həbs edildi - VİDEO
Sərxoş vəziyyətdə avtomobil idarə edib sürət həddini aşdı – Saxlanıldı - FOTO
İş başında sükanı buraxıb oyun oynayırdı - İşdən çıxarıldı - VİDEO











