Yolu zibilləyən taksi sürücüsünün hərəkətləri kameraya düşdü - VİDEO

Yola siqaret atan sürücünün görüntüləri arxadan gələn avtomobildəki kameraya düşüb. Avtosfer.az xəbər verir ki, hadisə oktyabrın 13-də, Bakı-Sumqayıt yolunda qeydə alınıb.
Belə ki, taksi fəaliyyəti ilə məşğul olan 99-NV-457 qeydiyyat nişanlı "KIA" markalı avtomobilin sürücüsü çəkdiyi siqaretin kötüyünü bayıra ataraq yolu zibilləyib. Bu əmələ görə, İnzibati Xətalar Məcəlləsinin 327.1-ci maddəsilə 40 manat məbləğində cərimə nəzərdə tutulub.
Qeyd edək ki, Milli Məclisin keçirilən sonuncu iclası zamanı avtomobildən bayıra hər hansı əşyanın atılmasına görə müəyyən edilmiş cərimə məbləğinin artırılması təklif olunub.
Layihəyə əsasən, yollara və ya yol qurğularına tullantı və ya nəqliyyat vasitələrindən bayıra hər hansı əşya atılmasına görə fiziki şəxslər iki yüz manat məbləğində, vəzifəli şəxslər min manat məbləğində, hüquqi şəxslər dörd min manat məbləğində cərimə ediləcək.
Qanun layihəsi səsverməyə çıxarılaraq birinci oxunuşda qəbul edilib. Qərar qüvvəyə mindikdən sonra cərimələr yeni standartlara uyğun olaraq tətbiq ediləcək.
Fərid
Sürət həddini 200-ə çatdıran sürücü saxlanıldı - Avtomobil duracağa yerləşdirildi – FOTO - VİDEO
Sol zolaqda dayanan sürücü həm yolu kəsdi, həm də sərnişini riskə atdı - VİDEO
Bakıda 50 nömrəli marşrut avtobuslarının son dayanacağı yenidən müəyyən olunacaq? - VİDEO
Qaydaları pozdu, sonra da polisə tabe olmadı
Maşının qarşısına qəfil çıxan yeniyetmə qəzanın bir addımlığından döndü - VİDEO
Ötmə qaydasından xəbəri olmayan sürücü manevr edib təhlükə yaratdı - VİDEO
Tıxacda dayanan qadın sürücü səkidə gəzən piyadaya görə cərimələndi - FOTO
Masazırda bir-biriylə yarışan moped sürücüləri yol boyu qəza şəraiti yaratdı - VİDEO
Bakıda hərəkətin intensiv olduğu yolu TIR-lar zəbt edib - VİDEO
Maşınına və nömrəsinə güvənən bu sürücü qanunu saymadı - 90-AZ-462 - VİDEO
Maşını həm girişin qarşısında, həm də səkidə park edərək hərəkətə çətinlik yaratdı - VİDEO










