Yolun bu hissələrində sərnişin düşürən sürücüləri cərimə gözləyir - VİDEO

Sürücülərin yol hərəkəti qaydalarına əməl etməməsi, xüsusilə də sərnişin mindirib-düşürən zaman təhlükəli vəziyyət yaratmaları son dövrlərdə artan narahatlıqlardan biridir. Avtosfer.az xəbər verir ki, bəzi sürücülər yolun kənarında dayanmaq əvəzinə təhlükəsizlik adacığının üzərində dayanaraq sərnişin düşürür və bu zaman həm özlərini, həm sərnişinləri, həm də digər yol hərəkəti iştirakçılarını təhlükə ilə üz-üzə qoyurlar.
Belə hallardan biri avtomobildəki kameraya düşüb. Görüntülərdə açıq şəkildə görünür ki, sürücü nəqliyyat vasitəsini təhlükəsizlik adacığının üzərində saxlayaraq sərnişini düşürür. Daha da təhlükəlisi isə odur ki, sərnişin yolun hərəkət olan hissəsinə düşüb. Bu isə qəzaya səbəb ola biləcək son dərəcə təhlükəli haldır.
Yol hərəkəti haqqında qanunvericiliyə əsasən, təhlükəsizlik adacığında dayanaraq sərnişin düşürən sürücülər yol nişanlarının tələblərini pozmuş sayılırlar. Belə hallarda sürücülər İnzibati Xətalar Məcəlləsinin 327.1-ci maddəsinə uyğun olaraq 40 manat məbləğində cərimə edilə bilərlər.
Unutmaq olmaz ki, bir neçə saniyəlik rahatlıq üçün edilən qayda pozuntusu ağır nəticələrə səbəb ola bilər.
Fərid
Qayda pozan TIR sürücüsü yolayrıcında dəhşətli qəza törətdi; yaralı var - VİDEO
Bakıda tıxacdan qaçmaq istəyən sürücü polisdən qaça bilmədi - VİDEO
"AA" seriyalı avtomobilin sürücüsü yolu kəsdi - VİDEO
Şəhərin mərkəzində nişanlara məhəl qoymayan sürücü qaydanı pozdu - VİDEO
Yolayrıcını düzgün keçə bilməyən avtobus sürücüsü əks yola çıxıb maneə yaratdı - VİDEO
Reyddə saxlanılan sürücü sərxoş çıxdı: “Jurnalist çağırın” deyib dava saldı - VİDEO
Dönmə işığına arxayın olan "BakuBus" sürücüsü qəza şəraiti yaratdı - VİDEO
Masazırda yolu kəsən sürücü görün özünə necə haqq qazandırdı - VİDEO
Qusarda avtoxuliqanlıq edən sürücü 15 sutka həbs edildi - FOTO
Sürücünün qaydaları kobud şəkildə pozmasının ANBAAN VİDEOsu
Boş yerdə dayanmayıb yolun ortasında sərnişin düşürən sürücü hərəkəti məhdudlaşdırdı - VİDEO









