Yolun hərəkət hissəsində alver - Təhlükəlidir - VİDEO

Avtomobil yolunun hərəkət hissəsində alverlə məşğul olanları yəqin ki, əksər sürücülər görüb. Bu şəxslər öz həyatlarını təhlükəyə atmaqla yanaşı, yolda qəza riski də yaradırlar. Yolun hərəkət hissəsində sürücülərə reklam məqsədilə müxtəlif xidmətlərlə bağlı elan mahiyyətli kartlar paylayır. Başqa bir yolda isə bir nəfər eyni qaydada gül satır.
Görüntülər paytaxtın Binəqədi rayonu Ziya Binyadov prospekti və Nərimanov rayonu Əhməd Rəcəbli küçəsindəki yollardandır. Əhməd Rəcəbli küçəsindəki bu yolda biri masaj salonun reklamını paylayır, digəri isə əlində müxtəlif əşyaları sürücülərə satır. Onlar öz həyatını təhlükəyə atmaqla yanaşı sürücülər üçün qəza şəraiti yaradır. Hətta bu hallar post patrul və yol polisi əməkdaşlarının gözləri qarşısında baş verir. Digər bir məqam bəzi sahibkarlar tərəfindən fiziki qüsurlu şəxsləri bu işə cəlb edilməsidir.
Bakı Şəhər Dövlət Yol Polisi İdarəsinin sözcüsü Vaqif Əsadov belə hallarla mübarizə aparıldığını, təkcə ötən il 300 belə şəxs barəsində inzibati cərimə tətbiq edildiyini bildirib.
Zolağına sığmayan sürücü maşını sıxışdırıb qəza şəraiti yaratdı - VİDEO
Diqqət çəkmək istəyən sürücü qaydalara məhəl qoymadı – 50-DN-816 - VİDEO
Adacığın üzərindən sağa keçən taksi sürücüsü qəza şəraiti yaratdı - VİDEO
Qaranlıqda qəfil manevr edib qəza şəraiti yaratdı – 77-KC-374 - VİDEO
Əks yola çıxıb qəza şəraiti yaratdı, sonra qırmızıda keçdi - VİDEO
Maşının işıqlarını söndürüb taksi işləyən sürücü - VİDEO
Nəsimidə “şou” göstərən moped sürücüsü ölümə meydan oxudu - VİDEO
Qarşıdan gələn maşınlara yol vermədən əks yola çıxdı - 77-JR-972 - VİDEO
Bakıda “Hyundai” sürücüsü avtobusu digər zolağa sıxışdırdı - VİDEO
Bilərkdən qayda pozan sürücü özünə haqq qazandırdı - VİDEO
Bakıda qayda pozan “BYD” az qala motosikletlə toqquşacaqdı - VİDEO












