Yolun ortasına əkilmiş ağac insanların həyatına təhlükə yaradır - VİDEO

Bakıda hərəkət iştirakçılarının həyatı üçün təhlükə yaradan məsələ ilə bağlı bir neçə sürücü redaksiyamıza müraciət ünvanlayıb. Avtosfer.az xəbər verir ki, söhbət paytaxtın Əhməd Rəcəbli küçəsindən gedir. Sözügedən küçənin iki hissəsində nizamlanmayan piyada keçidləri təşkil edilib. Lakin bu piyada keçidlərində həm sürücülər, həm də piyadalar təhlükə ilə üz-üzə qalırlar. Belə ki, piyada keçidinin düz qarşısında (ayırıcı zolağın üzərində) ağac əkilib. Ağacın radiusu böyük olduğu üçün keçidə yaxınlaşan sürücülər piyadaları görmürlər. Belə halda ya sərt tormoz verərək arxadan gələn sürücülərə təhlükə yaradırlar, ya da piyadaları vurma təhlükəsi ilə üz-üzə qalırlar. Videogörüntüdən də aydın şəkildə görünür ki, iki keçid arasında heş bir ağac, yaşıllıq yoxdur. Ağacalar hər iki keçidin qarşısında əkilib. Sanki sürücülərə və piyadalara təhlükə yaratmaq üçün düşünülüb.
Könül
Sürət həddini 200-ə çatdıran sürücü saxlanıldı - Avtomobil duracağa yerləşdirildi – FOTO - VİDEO
Sol zolaqda dayanan sürücü həm yolu kəsdi, həm də sərnişini riskə atdı - VİDEO
Bakıda 50 nömrəli marşrut avtobuslarının son dayanacağı yenidən müəyyən olunacaq? - VİDEO
Qaydaları pozdu, sonra da polisə tabe olmadı
Maşının qarşısına qəfil çıxan yeniyetmə qəzanın bir addımlığından döndü - VİDEO
Ötmə qaydasından xəbəri olmayan sürücü manevr edib təhlükə yaratdı - VİDEO
Tıxacda dayanan qadın sürücü səkidə gəzən piyadaya görə cərimələndi - FOTO
Masazırda bir-biriylə yarışan moped sürücüləri yol boyu qəza şəraiti yaratdı - VİDEO
Bakıda hərəkətin intensiv olduğu yolu TIR-lar zəbt edib - VİDEO
Maşınına və nömrəsinə güvənən bu sürücü qanunu saymadı - 90-AZ-462 - VİDEO
Maşını həm girişin qarşısında, həm də səkidə park edərək hərəkətə çətinlik yaratdı - VİDEO










