Yolun ortasında telefonla danışan sürücünü DYP cərimələdi - VİDEO
Qaydalar
23 Noyabr 2021 20:00
Oxunub 4734
Bakıda dayanma-durma qaydasını pozaraq yolu kəsən sürücü cərimələnib. Bakı şəhər Dövlət Yol Polisi İdarəsinin bölmə rəisi, polis polkovniki Vaqif Əsədov Avtosfer.az-a açıqlamasında bildirib ki, paytaxtın Yəhya Bakuvi küçəsində 90-LM-775 qeydiyyat nişanlı "Toyota Prado" markalı avtomobili ikinci cərgədə saxlayaraq telefonla danışan sürücünün kimliyi müəyyən edilib. Belə ki, dayanma-durma qaydasını pozaraq sürücülərin yolunu kəsən Rəhimov Aslan Aydın oğlu İnzibati Xətalar Məcəlləsinin 346.1-ci maddəsi ilə məsuliyyətə cəlb olunub.
Təbriz
ŞƏRH YAZ
DİGƏR XƏBƏRLƏR