Banner

Yük maşınındakı tullantıları yolun kənarına atanlar CƏRİMƏLƏNDİ - VİDEO - YENİLƏNİB

Qaydalar 29 Sentyabr 2025 16:05 Oxunub 1496
Yük maşınındakı tullantıları yolun kənarına atanlar CƏRİMƏLƏNDİ - VİDEO   - YENİLƏNİB
WhatsApp kanalımıza abunə ola bilərsiniz

Avtosfer.az-ın əldə etdiyi məlumata əsasən, Sabunçu rayonu Ramana qəsəbəsində yük avtomobilində gətirilən tullantıları yol kənarına atan 32 yaşlı V. Nurməmmədov polis əməkdaşları tərəfindən müəyyən edilib. 

Şəxs barəsində İnzibati Xətalar Məcəlləsinin müvafiq maddəsinə əsasən inzibati tənbeh tədbiri tətbiq olunub.

***

09:00

***

Bakıda yolun kənarını zibilləyən şəxslərin videosunu oxuculardan biri qeydə alaraq redaksiyamızın qaynar xəttinə göndərib. Avtosfer.az xəbər verir ki, hadisə sentyabrın 23-də, paytaxtın Ramana qəsəbəsi, südçülük sovxozu deyilən ərazidə qeydə alınıb. Belə ki, 77-JT-396 qeydiyyat nişanlı yük avtomobilində gətirilən zibillər yolun kənarındakı boş əraziyə atılıb. Redaksiyamıza müraciət ünvanlayan oxucu həmin ərazinin kütləvi şəkildə zibilliyə çevrildiyini bildirir.

Qeyd edək ki, məişət tullantıları daşıyan xüsusi nəqliyyat vasitələri zibilləri təyin olunmuş məntəqələrə aparmalıdırlar. Bu məntəqələr hər şəhərdə bələdiyyə və ya yerli icra hakimiyyətinin təsərrüfat idarələri tərəfindən müəyyənləşdirilir. Müəyyən edilmiş bu poliqonlarda tullantılar yandırılır və ya təkrar emal üçün çeşidlənir. Həmçinin, plastik, metal, kağız kimi çeşidlənmiş tullantılar ayrıca emal olunmaq üçün müəssisələrə göndərilə bilər.

 

Fərid

ŞƏRH YAZ
Ad

E-mail

Şərh