Yük maşınının qarşısına keçib təhlükə yaradan sürücü CƏRİMƏLƏNDİ - VİDEO

Avtosfer.az-ın əldə etdiyi məlumata görə, “BMW” markalı avtomobilin sürücüsü Nəsirli Musa Mehman oğlu bugün Baş Dövlət Yol Polisi İdarəsinin Yol Patrul Xidməti Alayına dəvət olunub və barəsində İnzibati Xətalar Məcəlləsinə uyğun cərimə protokolu tərtib edilib.
*** 11 fevral, 16:30
Bakı–Qazax yolunda qayda pozan sürücülər avtomobilin kamerasına düşüb.
Avtosfer.az-ın məlumatına görə, hadisə bir neçə gün əvvəl səhər saatlarında qeydə alınıb. Kadrlardan aydın olduğu kimi, görüntünü qeydə alan yük maşınının sürücüsü sağ zolaq boş olduğu halda solla hərəkət edərək digər avtomobilin yolunu kəsib.
Bu vəziyyətdən qəzəblənən 10-XA-071 dövlət nömrəli “BMW” markalı avtomobilin sürücüsü yük maşınının qarşısına keçərək qəza şəraiti yaradıb.
Qeyd edək ki, qanunvericiliyə görə, sürücülər yalnız ötmək və ya maneəni keçmək məqsədilə müvəqqəti olaraq sol zolağa çıxa bilərlər. Sağ zolaq boş olduğu halda sol zolaqla hərəkət etmək inzibati məsuliyyət yaradır.
Nərmin
Bu küçədə 1 saatda 100 sürücü niyə cərimələnir? — DYP-dən AÇIQLAMA
Stop nişanını görməzdən gələn avtobus sürücüsü qəza riski yaratdı - VİDEO
Gecə təhlükəsiz sürüşün qaydaları BUNLARDIR
"20 Yanvar" dairəsində maşınları sıxışdıran "BakuBus" SÜRÜCÜSÜ CƏZALANDIRILDI - VİDEO
Bakıda sürücü təhlükəli manevr etdi, qəza şəraiti yaratdı - VİDEO
Yük maşını dayanacağı blokladı – Sürücülər və piyadalar çətin anlar yaşadı - VİDEO
Sumqayıtda işıqforu saymayan avtobus sürücüsü sərnişinləri təhlükəyə atdı - VİDEO
Avtoxuliqanlıq edən sürücü 15 GÜN həbs olundu - VİDEO
Xırdalanda bu binanın yanında dayanmayın: Cərimə yazılır - VİDEO
Qadın avtomobili səkidə ər-arvadın üzərinə sürüb kişini döydürdü - VİDEO
Nizamidə karqo şirkətinin yaratdığı məhdudiyyət aradan qaldırıldı - FOTO










