Yük maşınları yollarda təhlükə yaradırlar - VİDEO

Yük maşını kuzovundakı daş üstü örtülmədən daşınır. İstənilən an daşın düşməsi qəza şəraiti yarada bilər. Telefonla çəkilən görüntülər yükdaşıma qaydalarına əməl edilib - edilməməsi məsələsini aktuallaşdırır. İstər yol hərəkəti haqqında qanun, istərsə də İnzibati Xətalar Məcəlləsində bu məsələ birmənalı şərh edilir.
Bu formada yükün daşınması əsl təhlükədir. Çünki adi diqqətsizlik zamanı həm yol təsərrüfatına, həm də digər avtomobillərə ziyan dəyə bilər. Apardığımız sorğu onu göstərdi ki, sürücülər daşıdıqları yükün üstünü bağlamağa meylli deyillər. Onlar bunu elə də təhlükəli hesab etmirlər.
Belə məsuliyyətsiz sürücülərə qarşı sərt cəza tədbirləri görüləcək. Bu qaydanı pozanlara qarşı cərimələr nəzərdə tutulub.
Baş Dövlət Yol Polisi İdarəsindən isə bildirilib ki, aşkar edilən belə sürücülər əvvəlcə cərimə olunur, daha sonra isə yükün üstü bağlandıqdan sonra onların hərəkətinə icazə verilir.
Zolağına sığmayan sürücü maşını sıxışdırıb qəza şəraiti yaratdı - VİDEO
Diqqət çəkmək istəyən sürücü qaydalara məhəl qoymadı – 50-DN-816 - VİDEO
Adacığın üzərindən sağa keçən taksi sürücüsü qəza şəraiti yaratdı - VİDEO
Qaranlıqda qəfil manevr edib qəza şəraiti yaratdı – 77-KC-374 - VİDEO
Əks yola çıxıb qəza şəraiti yaratdı, sonra qırmızıda keçdi - VİDEO
Maşının işıqlarını söndürüb taksi işləyən sürücü - VİDEO
Nəsimidə “şou” göstərən moped sürücüsü ölümə meydan oxudu - VİDEO
Qarşıdan gələn maşınlara yol vermədən əks yola çıxdı - 77-JR-972 - VİDEO
Bakıda “Hyundai” sürücüsü avtobusu digər zolağa sıxışdırdı - VİDEO
Bilərkdən qayda pozan sürücü özünə haqq qazandırdı - VİDEO
Bakıda qayda pozan “BYD” az qala motosikletlə toqquşacaqdı - VİDEO












