Yük və minik maşınları toqquşdu: xəsarət alan var

Lənkəranda bir nəfərin xəsarət alması ilə nəticələnən yol-nəqliyyat qəzası baş verib. Hadisə bu gün saat 17.30 radələrində Ələt-Astara magistralının 201-ci kilometrliyində, yolun rayonun Digah kəndi ərazisindən keçən hissəsində qeydə alınıb. Lənkəranın Şilavar kənd sakini, 1973-cü il təvəllüdlü Əhliman İdris oğlu Ağayevin idarə etdiyi "KamAZ" markalı, 42 BM 129 dövlət nömrə nişanlı yük maşını rayonun Gərmətük qəsəbə sakini, 1986-cı il təvəllüdlü Ramin Güldadaş oğlu Babayevin idarə etdiyi "Mercedes" markalı, 42 BC 003 dövlət nömrə nişanlı minik avtomobili ilə toqquşub. Güclü zərbə nəticəsində minik avtomobilinə ciddi ziyan dəyib, həmçinin onun sürücüsü müxtəlif dərəcəli bədən xəsarətləri ilə Lənkəran Mərkəzi Rayon Xəstəxanasına yerləşdirilib.
Faktla bağlı araşdırma aparılır.
APA
Zolağına sığmayan sürücü maşını sıxışdırıb qəza şəraiti yaratdı - VİDEO
Diqqət çəkmək istəyən sürücü qaydalara məhəl qoymadı – 50-DN-816 - VİDEO
Adacığın üzərindən sağa keçən taksi sürücüsü qəza şəraiti yaratdı - VİDEO
Qaranlıqda qəfil manevr edib qəza şəraiti yaratdı – 77-KC-374 - VİDEO
Əks yola çıxıb qəza şəraiti yaratdı, sonra qırmızıda keçdi - VİDEO
Maşının işıqlarını söndürüb taksi işləyən sürücü - VİDEO
Nəsimidə “şou” göstərən moped sürücüsü ölümə meydan oxudu - VİDEO
Qarşıdan gələn maşınlara yol vermədən əks yola çıxdı - 77-JR-972 - VİDEO
Bakıda “Hyundai” sürücüsü avtobusu digər zolağa sıxışdırdı - VİDEO
Bilərkdən qayda pozan sürücü özünə haqq qazandırdı - VİDEO
Bakıda qayda pozan “BYD” az qala motosikletlə toqquşacaqdı - VİDEO












